• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün699
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə9962
mod_vvisit_counterBu ay42294
mod_vvisit_counterÜmumi2509559

Tarix: 26 Apr., 2024

Naxçıvan Dövlət Xalça Muzeyində açıq dərs keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 6 aprel 2021-ci il tarixdə Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan Qızlar Liseyi, Naxçıvan şəhər  4, 5, 6 və 7 nömrəli tam orta məktəblər üzrə 15 şagirdin iştirakı ilə açıq dərs keçirilmişdir.

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Şəhla Talıbova “Xalqımızın qədim ənənəsi-Xalçaçılıq” mövzusunda keçdiyi açıq dərsdə bildirmişdir ki, dünya mədəniyyəti içərisində yeri olan Azərbaycan xalçası özünün məxsusi ornamentləri ilə fərqlənən sənət nümunəsidir. Belə ki, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.

Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə, yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşəməsində istifa­də edilir, eyni zamanda, yüksək estetik əhəmiyyət kəsb edir. Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Bu dövrdə Azərbaycan xalça sənətinin inkişafı bir neçə istiqamətdə davam edərək, çox cəhətli xarakter daşımışdır. Respublika­nın ra­yon və kənd­lərində xalça sənəti ənənələri ayrı-ayrı xalça ustaları tərəfindən davam etdirilir. Onların ənənəvi çeşidlərdə toxuduqları xalçalarda klassik kompozisiyalara yaradıcı münasibət qabarıq şəkildə özünü göstərir. Xalçalar haqqında məlumata “Kitabi-Dədə Qorqud”  dastanın­da, nağıllarımızda, atalar sözlərində, xalq deyimlərində rast gəlirik. Xalça haqqında söylənmiş bir neçə atalar sözlərinə nəzər salaq: “Xalına bax, xalı toxu”, “Xalça salan özü oturar”, “Xalçalı gəl, xalçalı get”. Xalq ifadələrində “Şal-Şəddə”, “Şəddə-kilim”, xovsuz “Şəddə” kimi xalça növlərinin adları ilə tanış oluruq.

Azərbaycan mili mədəniyyətinin əsl xəzinəsi olan xalçalar qədim zamanlardan bu günə kimi həm əməli, həm də ideya-bədii əhəmiyyətə malik olmuşdur. Bədii xüsusiyyət, rəng və məzmun el sənətkarları tərəfindən toxunan xalçaların rəsmində, ornamentində və rəngində öz əksini tapmışdır.

Sonda şagirdlərə muzeyin bələdçisi tərəfindən xovsuz və xovlu xalça növləri,  habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri və digər eksponatlar haqqında geniş məlumat verilmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg