• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün4659
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə8844
mod_vvisit_counterBu ay41176
mod_vvisit_counterÜmumi2508441

Tarix: 25 Apr., 2024

“7 aprel – Ümumdünya Sağlamlıq Günü” ilə bağlı Naxçıvan şəhər ümumtəhsil məktəblərində maarifləndirici söhbətlər aparılıb

7 aprel bütün dünyada Sağlamlıq Günü kimi qeyd olunur. Bu tarix 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması ilə əlaqədardır. “7 aprel – Ümumdünya Sağlamlıq Günü” ilə bağlı Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində “Sağlamlığımızı qoruyaq” mövzusunda maarifləndirici söhbətlər aparılmış, ibtidai və yuxarı siniflərdə 70 müəllim mövzu ilə bağlı olaraq 1250-dən artıq şagirdə geniş məlumat vermiş, slaydlardan, internet resurslarından istifadə edilərək açıq dərslər keçirilmiş, şagirdlərin bu mövzu ətrafında bilik və dünyagörüşünün artırılması təmin edilmişdir.

Söhbət zamanı şagirdlərə bildirilmişdir ki, muxtar respublikamızda vətəndaşların sağlamlığının qorunması istiqamətində mühüm işlər görülüb. Naxçıvanda dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə və obalarda əhaliyə yüksək ixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları hazırda fəaliyyətlərini davam etdirir, yerlərdə əhalinin müayinə-müalicə işi ilə məşğul olurlar. Təhsil işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi müayinələr, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçik yaşlı uşaqlar arasında tuberkulin və diaskin test sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəb yaşlı uşaqların, tələbələrin kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji və digər müayinələri davam etdirilir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg