• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1011
mod_vvisit_counterDünən1386
mod_vvisit_counterBu həftə11660
mod_vvisit_counterBu ay43992
mod_vvisit_counterÜmumi2511257

Tarix: 27 Apr., 2024

Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsində 512 şagirdin 1466 əl işi nümayiş olunub

Aprelin 7-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nin yekun tədbiri keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilin inkişafı istiqamətində atılan addımlardan və dövlət qayğısından danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi xüsusi diqqət və qayğısı sayəsində bu sahənin inkişafı daha da sürətlənir, muxtar respublikada yüksək elmi biliyə, müasir dövrün tələblərinə uyğun bacarığa malik gənc nəsil yetişir. Bu gün Naxçıvanda formalaşan gəncliyin öz istedad və bacarığını nümayiş etdirməsi, bilik və bacarığını daha da möhkəmləndirməsi üçün lazım olan bütün şərait yüksək səviyyədə təşkil edilib.

Təhsil naziri bildirib ki, yaradılan şəraitdən səmərəli istifadə olunaraq yaradıcı təfəkkürü və xüsusi istedadı ilə seçilən şagirdlərin üzə çıxarılması istiqamətində bir sıra müxtəlif tədbirlər, müsabiqələr və layihələr təşkil edilir. Şagirdlərin maraq və bacarıqlarını, intellektual səviyyə və yaradıcı qabiliyyətlərini aşkarlamaq, onların fərdi potensiallarını inkişaf etdirmək məqsədilə təşkil edilən “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” də muxtar respublikada xüsusi qabiliyyəti ilə seçilən məktəblilərin üzə çıxarılmasında mühüm rol oynayır.

Nazir bildirib ki, təsviri və dekorativ-tətbiqi sənət qədim tarixi köklərə və zəngin ənənələrə malikdir. Təhsil Nazirliyi və Rəssamlar Birliyi tərəfindən keçirilən müsabiqə qədim sənət növlərinin müasir dövrdə inkişafına, muxtar respublikada gedən yaradıcılıq proseslərinin, qazanılan uğurların şagirdlər arasında geniş təbliğinə, eləcə də istedadlı şagirdlərin bacarıqlarını inkişaf etdirmələrinə öz töhfəsini verir. 2019-2020-ci tədris ilindən keçirilən “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” xalq sənətkarlığı nümunələrinin nümayişi və təbliği işinə, xalq bədii sənətkarlığı ənənələrinin yaşadılmasına mühüm stimul oldu. Belə müsabiqələrin təşkili istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılması baxımından səmərəlidir.

Rəhman Məmmədov qeyd edib ki, muxtar respublikanın bütün məktəblərini əhatə edən müsabiqədə 512 şagirdin müxtəlif mövzularda - rəsm, toxuma, tikmə, mis üzərində döymə, ağac üzərində yandırma, oyma və s. mövzularda 1466 əl işi nümayiş olunub. Şagirdlərin təqdim etdikləri sənət əsərləri arasında maraqlı, baxımlı, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi və təsviri sənət əsərləri az deyil.

Vurğulanıb ki, müsabiqə yaradıcı düşüncəli yeniyetmələrin fəaliyyətlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ötən illərlə müqayisədə müsabiqələrdə şagirdlər daha fəal iştirak edir və bu sənət növlərinə xüsusi maraq göstərilir.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək belə müsabiqələrin, ümumilikdə, qeyri-adi istedada malik yeniyetmə və gənclərin qabiliyyətlərinin düzgün istiqamətləndirilməsi, muxtar respublikada təsviri incəsənətin, xalq yaradıcılığının inkişafı baxımından əhəmiyyətindən danışıb.

Bildirək ki, “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”ndə şagirdlərə öz potensiallarını nümayiş etdirmələri üçün “Naxçıvan: dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Muxtar respublikamızın füsunkar təbiətinin təsviri” və “Milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin təsviri” mövzuları təqdim edilmişdir.

Sonra müsabiqənin şərtlərinə uyğun olaraq yekun mərhələdə təsviri və dekorativ-tətbiqi sənətin hər biri üzrə bir I, iki II, üç III və altı həvəsləndirici yer olmaqla, ümumilikdə 24 şagird təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, 3 mərhələdə təşkil edilən müsabiqənin I mərhələsi - məktəbdaxili seçim mərhələsi 15-18 fevral 2021-ci il tarixlərində, II mərhələ - şəhər (rayon) mərhələsi 12-19 mart 2021-ci il tarixlərdə, III mərhələ - muxtar respublika mərhələsi isə 6 aprel 2021-ci il tarixdə keçirilib. Müsabiqənin muxtar respublika mərhələsində seçilən əl işləri yekun sərgidə nümayiş olunub.  Sərgilənən yaradıcılıq nümunələri münsiflər heyəti tərəfindən mövzuya uyğunluq, təkrarçılığın olmaması, yaradıcı iş, orijinallıq, keyfiyyət, aktuallıq, kompozisiyanın tamlığı və digər meyarlara görə qiymətləndirilib

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg