• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün406
mod_vvisit_counterDünən2739
mod_vvisit_counterBu həftə3145
mod_vvisit_counterBu ay25037
mod_vvisit_counterÜmumi2455526

Tarix: 19 Mart, 2024

Sədərək rayon ümumtəhsil məktəblərində “Nizaminin hikmət və nəsihətləri” kitabının müzakirəsi keçirilib

Sədərək rayon ümumtəhsil məktəblərində “Nizaminin hikmət və nəsihətləri” kitabının müzakirəsi keçirilib.

Keçirilən müzakirələrdə Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri və IX-XI siniflər üzrə ümumilikdə 50 şagird iştirak edib.

Mmüzakirədə çıxış edənlər bildiriblər ki, Sədərək rayon Təhsil Şöbəsinin  tabeliyində olan təhsil müəssələrinin kitabxanaları zəruri avadanlıqlarla təchiz olunmuş, fondu zənginləşdirilmiş, “Oxunması zəruri olan kitablar” və bədii ədəbiyyat nümunələri ilə təmin olunmuşdur. Yaradılan şəraitdən səmərəli istifadə olunmasını, eləcə də mütaliənin şəxsiyyətin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq, Təhsil Şöbəsi tərəfindən şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər keçirilməsi davam etdirilir deyə vurğlanmışdır.

Şagirdlərin diqqətinə çatırılıb ki, qədim Gəncədə dünyaya göz açan Azərbaycan şairi, ədəbiyyatımızın ən görkəmli nümayəndəsi Nizami Gəncəvi təhsilini Gəncə mədrəsələrində almış, ərəb və fars dillərini mükəmməl bilmişdir. Nizami təvazökar, əməksevər, gözütox, başqaları ilə mülayim rəftar edən insanı ləyaqət sahibi hesab edir, hamını belə olmağa səsləyirdi. Onun lirik şeirlərində zülmə, haqsızlığa, ədalətsizliyə dərin nifrət və etiraz var idi.

Qeyd edilib ki, Nizami Gəncəvi lirik şeirlərin, “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir. Nizami Gəncəvidən sonra Şərqin bir çox böyük şairləri  onun təsiri ilə Xəmsələr yazmışdır. Bundan başqa şairin poemalarından götürülmüş “Nuşirəvan və bayquşların söhbəti”, “Sultan Səncər və qarı”, “Kərpic kəsən kişinin dastanı”, “Ağıllı çoban”, “Şah və xidmətçi”, “Xeyir və Şər”, “İsgəndər və çoban” və digər mənzum hekayələrində cəsarət, hünər, mərdlik dönə-dönə tərənnüm edilir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg