Sədərək Rayon Təhsil Şöbəsi, İdman İdarəsinin və Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbdə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında ümumtəhsil məktəblərində yaradılmış stolüstü tennis klubları arasında yoldaşlıq görüşü keçirilib.
Keçirilən görüşdə Təhsil Şöbəsinin, İdman İdarəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin stolüstü tennis klublarının 16 şagirdi iştirak edib.
Tədbirdə çıxış edənlər vurğlayıblar ki, görüşün keçirilməsində əsas məqsəd stolüstü tennis idman növünün kütləviliyinə nail olmaq, gəncləri zərərli vərdişlərdən uzaq tutulmaq, fəal idman həyatına cəlb etməkdən ibarət olub. Diqqətə çatırılıb ki, muxtar respublikamızda idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir. Muxtar respublikamızda idmanın inkişafı, uşaq və gənclərin sağlamlığı və asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyətə malikdir.
Şagirdlərimizin maraqla iştirak etdikləri görüşün yekun nəticələrinə əsasən I yerə İnci Ələkbərzadə, II yerə Lalə Adınayeva, III yerə isə Nuray İbrahimova layiq görülüb.
Qaliblər sonda təşkilatçıların diplom və Fəxri fərmanları ilə mükafatlandırılıblar.