• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1099
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10362
mod_vvisit_counterBu ay42694
mod_vvisit_counterÜmumi2509959

Tarix: 26 Apr., 2024

M.T.Sidqinin “Məktəb hekayələri” kitabının müzakirəsi və esse yazı müsabiqəsi keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin kitabxanaları zəruri avadanlıqlarla təchiz olunmuş, fondu zənginləşdirilmiş, “Oxunması zəruri olan kitablar” və bədii ədəbiyyat nümunələri ilə təmin olunmuşdur.

Yaradılan şəraitdən səmərəli istifadə olunması, eləcə də mütaliənin şəxsiyyətin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq Təhsil Nazirliyi tərəfindən şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxunuşuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər görülməkdədir. Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığıˮ elan edilmiş, ay ərzində müxtəlif tədbirlər təşkil olunmuşdur.

Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Babək və Sədərək rayon ümumtəhsil məktəblərində M.T.Sidqinin “Məktəb hekayələri” kitabının müzakirəsi və esse yazı müsabiqəsi keçirilmişdir.

Təhsil şöbəsinin əməkdaşlarının, ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin və şagirdlərin iştirakı ilə təşkil olunan tədbirlərdə M.T.Sidqinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilmiş, “Məktəb hekayələri” kitabı müzakirə olunmuşdur. Müzakirə zamanı kitabın bədii xüsusiyyətləri, hekayələrin aktuallığı və oxunaqlığı, eləcə də elmə, mədəniyyətə, ailə sevgisinə, nizam-intizama verilən önəm və izah üsulları təhlil olunmuşdur. Bildirilmişdir ki, “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan “Məktəb hekayələri” kitabında məktəbin, elmin əhəmiyyətindən, ədəbli olmağın, yalançılıq və qorxaqlıqdan uzaq olmağın yollarından geniş bəhs edilmişdir. Sidqi öz hekayələrində insanın əvvəlinci vəzifəsinin elm təhsil etmək olduğunu göstərmiş, elmsiz insanı ruhsuz cisim kimi qiymətləndirmişdir. Elmə talib olanı isə alim hesab etmiş, amma özünü elmə malik biləni cahil kimi qələmə vermişdir.

Tədbirin davamında isə şagirdlər kitab haqqında esse yazmışlar.

Beləliklə, babək rayonu üzrə keçirilən müzakirə zamanı Kərimbəyli kənd tam orta məktəbinin şagirdi İbrahimova Səma Rasim qızı “İki bacının söhbəti”, Cəbrayılova Hüsniyyə Fərhad qızı “Məktəb” hekayələri, Babək şəhər 1 nömrəli orta məktəbin şagirdi Nağıyeva Rübabə Oruc qızı isə “Rübabə” hekayəsini bədii qiraət etmişdir.

Sədərək rayonunda təşkil edilən müsabiqədə isə I yerə Sədərək kənd 1 nömrəli tam orta məktəbin  XI sinif şagirdi Tərlan İbrahimova,  II yerə  Sədərək kənd 2 nömrəli tam orta məktəbin  IX sinif şagirdi Səriyyə Hüseynova, III yerə Dəmirçi kənd tam orta məktəbinin X sinif şagirdi Zəhra Həsənova, həvəsləndirici yerə isə Sədərək kənd 1 nömrəli tam orta məktəbin VI sinif şagirdi Almaz Abdullazadə layiq görülmüşlər.

Qaliblər təşkilatçılar tərəfindən tərəfindən diplom və müxtəlif hədiyyələrlə təltif olunmuşlar.

Qeyd edək ki, Tədbirlər Planına uyğun olaraq rayon ümumtəhsil məktəblərində bir sıra tədbirlərin keçirilməsi davam etdirilir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg