• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1082
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10345
mod_vvisit_counterBu ay42677
mod_vvisit_counterÜmumi2509942

Tarix: 26 Apr., 2024

Naxçıvan şəhər ümumtəhsil məktəblərində “Mütaliə aylığı” ilə bağlı tədbirlər keçirilir

Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində “Mütaliə aylığı” ilə bağlı müxtəlif tədbirlər keçirilir. Şagirdlər arasında “Oxunması zəruru olan kitablar”ın, Azərbaycan və dünya ədəbiyyatından əsərlərin müzakirəsi, inşa, şeir müsabiqələri, diskussiyalar təşkil edilir.

Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının müzakirəsi və “Nizami əsərlərinin ən yaxşı təqdimatı” adlı tədbirlər keçirilmişdir. Məktəbin ibtidai sinif müəllimi İlhamə Quliyevanın şagirdləri ilə birlikdə hazırladığı tədbirdə “Sirlər xəzinəsi” poemasından “Zalım padşahla düzdanışan qocanın dastanı”, “Kərpickəsən qoca ilə bir gəncin hekayəti” səhnələşdirilmiş, şairin həyat və yaradıcılığından, əsərlərindən seçilmiş müdrik kəlamlar səsləndirilmişdir. Tədbirin sonunda ən yaxşı təqdimat hazırlayan şagirdlər diplomla təltif olunmuşlar.

Həmçinin Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı “Poeziya Günü” keçirilmişdir. Tədbirdə məktəbin kitabxana müdiri Arzu Hacıyeva və Azərbaycan dili və ədəbiyyatı müəllimi Qahirə Qənbərova şairin həyat və yaradıcılığı haqqında məlumat verib. Daha sonra məktəbin VIII sinif şagirdi Mənsurə Quliyeva “Çalışqanlıq və tənbəllik” şeirini, VI sinif şagirdi Elnarə Quliyeva “Çaldı yenə qəlbimi bir gözəlin gözləri” şeirini, VI sinif şagirdi Nərgiz Cabbarova isə “Dərd başdan aşıb da canə yetdi” şeirini səsləndiriblər.

Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbdə isə “Nizami Gəncəvi - 880” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəb direktoru Canpolad Rüstəmov, tərbiyə işləri üzrə direktor müavini Nuranə Abbasova və kitabxana müdiri Sahibə Həsənova çıxış edərək dahi şairin həyat və yadıcılığından söhbət açmışdır. Şagirdlər Nizaminin seçilmiş əsərlərindən parçalar səsləndirilmişdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg