• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün846
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10109
mod_vvisit_counterBu ay42441
mod_vvisit_counterÜmumi2509706

Tarix: 26 Apr., 2024

2020-2021-ci tədris ili üzrə planlaşdırılan II və VI sinif dərsliklərinin nəşrqabağı təkmilləşdirilməsinə dair müzakirələr yekunlaşdı

“Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” 2019-cu il aprelin 15-də keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsinin təmin edilməsi tapşırılmışdır. Verilmiş tapşırığın icrası məqsədilə ali məktəblərin professor və müəllim heyətləri, muxtar respublikanın qabaqcıl fənn müəllimləri, həmçinin pedaqoji profilli ixtisaslarda təhsil alan sonuncu kurs tələbələrinin iştirakı ilə çapa hazırlaşan yeni dərsliklərin müzakirəsinə başlanılmışdır.

Dərsliklərin keyfiyyətinin yüksəldilməsi, məzmununun təkmilləşdirilməsi sahəsində mövcud problemlərin aradan qaldırılmasında nəşrqabağı müzakirələr əhəmiyyətlidir. Dərsliklərin məzmun və keyfiyyətinin yüksək səviyyədə olması məqsədilə aparılan dərslik müzakirələri tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Yenidən nəşr olunacaq dərsliklərin müzakirəyə çıxarılması, bildirilən fikirlər əsasında hazırlanan rəy və təkliflər həmin dərsliyin təkmilləşdirilməsinə öz töhfəsini verir.

Muxtar respublikada aparılan dərslik müzakirələrində istər ali məktəblərin professor və müəllim heyəti, istərsə də qabaqcıl fənn müəllimləri fəal iştirak etmişlər.

2018-2019-cu tədris ilindən başlayaraq keçirilən dərslik müzakirələrində bu tədris ilinədək I, V, IX və X siniflər üzrə ümumilikdə 43 dərslik müzakirə olunmuşdur. Dərsliklərin nəşrqabağı təkmilləşdirilməsinə dair irad və təkliflər əsasında 40 dərslik üzrə 514 təklif hazırlanaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilmiş, onlardan 90-ı yeni dərsliklərin nəşri zamanı nəzərə alınmışdır.

Prosesin davamı olaraq bu tədris ilində də dekabrın 17-dən başlayaraq 2021-2022-ci tədris ili üçün yenidən nəşr olunacaq II və VI sinif dərsliklərinin qrafikə uyğun müzakirəsi aparılmışdır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi dərslik müzakirələrini onlayn qaydada keçirmişdir.

Aparılan müzakirələrdə II siniflər üçün Azərbaycan dili, riyaziyyat, informatika və ingilis dili fənləri üzrə 4, VI siniflər üçün isə Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, fizika, informatika, ingilis dili, bioligiya, coğrafiya və tarix fənləri üzrə 9 dərslik olmaqla, ümumilikdə 13 dərslik müzakirə olunmuş, bu dərsliklərin təkmilləşdirilməsi üçün 75 təklif verilmişdir.

Dərsliklərlə bağlı hazırlanan təkliflərin yekun rəyi təhlil olunaraq dərsliklərin yenidən nəşri zamanı nəzərə alınması üçün  Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcəkdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg