• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün187
mod_vvisit_counterDünən997
mod_vvisit_counterBu həftə5888
mod_vvisit_counterBu ay29093
mod_vvisit_counterÜmumi2496358

Tarix: 19 Apr., 2024

Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş “Poeziya Günü” keçirilib

Muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 9 aprel 2021-ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində Nizaminin həyat və yaradıcılığına həsr olunmuş “Poeziya Günü” keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısından, şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılması üçün yaradılan şəraitdən və ümumtəhsil məktəblərində mütaliə aylığı ilə bağlı keçirilən tədbirlər və onların əhəmiyyətindən danışıb. Bildirib ki, muxtar respublikamızda gələcək nəslin sağlam mühitdə böyüməsi, savadlı, dünyagörüşlü olması üçün hər cür şərait yaradılır. Bütün məktəblərdə kitabxana fondunun zənginləşdirilir. Bu isə  şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasına geniş imkanlar açır. Bildirilib ki, bu il də aprel ayı ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilib. Ay ərzində muxtar respublika ümumtəhsil məktəblərində mütaliə ilə bağlı müxtəlif tədbirlər, inşa yazı, dram, şeir, esse, sürətli oxu müsabiqələri, kitab müzakirələri və diskussiyalar, dəyirmi masa, kitab bağışlama aksiyası, ədəbiyyat muzeyi ilə interaktiv dərs, yazıçılar ilə şagirdlərin görüşü və s. kimi tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən əsərlərin, o cümlədən həmin siyahıda yer alan Nizami Gəncəvinin əsərlərinin mütaliəsi şagirdlərin dünyagörüşünün və bilik dairəsinin genişlənməsinə, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafına müsbət təsir edir. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə, eləcə də muxtar respublikamızda hər zaman təntənə ilə qeyd edilib. 2021-ci ildə isə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Prezident İlham Əliyev ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu münasibətlə muxtar respublika ümumtəhsil məktəblərində silsilə tədbirlər həyata keçirilir.

Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin direktoru Aytən Bağırova “Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında” çıxış edərək bildirib ki, görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi Azərbaycanın qədim şəhəri olan Gəncədə anadan olmuşdur. Nizami Gəncəvi yaradıcılığına dövrünün ədəbi ənənəsinə uyğun olaraq lirik şeirlər - qəsidə, qəzəl və rübailərlə başlamış, qısa zaman ərzində “Divan” yaratmışdır. Nizami Gəncəvi öz ölməz beş poeması – “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Nizaminin poemaları “Xəmsə” (Beşlik) adı altında Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami dühasına Azərbaycanda həmişə böyük diqqət yetirilib. Əsas diqqət keçən əsrin 70-ci illərinin sonunda ümummilli liderimiz Heydər Əliyevin Nizami irsinin öyrənilməsinin təbliğinin daha da yaxşılaşdırılması ilə bağlı qərarından sonra Nizamiyə yenidən qayıdış oldu. Bildirilib ki, Naxçıvan şəhər M.T.Sidqi adına 4 nömrəli tam orta məktəbdə də Nizami irsi ilə bağlı müxtəlif tədbirlər keçirilir.

“Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının təhlili” mövzusunda çıxış edən Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin X sinif şagirdi Ayşən Qəribli poemanın təhlili ilə bağlı danışıb.

Sonra tədbirdə Nizami Gəncəvinin əsərlərindən parçalar şagirdlər tərəfindən səsləndirilib. Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Səkinə Cəlilzadə “1000 sevincə dəyişmərəm uğrundakı bircə qəmi”, Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aytən Əliyeva “Səni bağda görən güllər pərdə çəkdi üzünə” adlı şeiri qiraət edib. Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdləri isə Nizami Gəncəvinin əsərlərindən seçmələri səhnələşdiriblər

Gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində bu cür tədbirlərin təşkili müstəsna əhəmiyyət daşıyır.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg