• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün369
mod_vvisit_counterDünən908
mod_vvisit_counterBu həftə3250
mod_vvisit_counterBu ay35582
mod_vvisit_counterÜmumi2502847

Tarix: 24 Apr., 2024

Kəngərli rayon ümumtəhsil məktəblərində müxtəlif tədbirlər keçirilib

Ayrı-ayrı fənlər, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə istedadlı şagirdlərin olimpiadalara, bilik və idman yarışlarına cəlbinin daha da genişləndirilməsi, onların intellektual yarışlarda iştirakının təşviq və təşkil olunması məqsədilə rayonun ümumtəhsil məktəblərində müxtəlif fəaliyyət istiqamətləri üzrə tədbirlər keçirilib.

Kəngərli Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən sağlam böyüyəcəyəm” devizi altında idman yarışlarının keçirilməsi haqqında “Tədbirlər Planı”na uyğun olaraq Təhsil Şöbəsi, Polis Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Xok kənd tam orta məktəbinin idman zalında ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol idman klubları arasında yoldaşlıq görüşü keçirilib. Yarışda 4 komanda iştirak edib. Yekun nəticələrə əsasən Şahtaxtı kənd tam orta məktəbinin komandası I, Qıvraq qəsəbə tam orta məktəbinin komandası II,  Böyükdüz kənd tam orta məktəbin komandası III, Xok kənd tam orta məktəbin komandası isə həvəsləndirici yerə layiq görülüb. Yarışın sonunda qalib komandalar təşkilatçılar tərəfindən diplom və kubokla mükafatlandırılıblar.

Qıvraq qəsəbə, Xok və Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəblərində “Naxçıvanı tanıyaq” adlı bilik yarışının məktəbdaxili seçim mərhələsi aparılıb. Məktəb mərhələsində qalib olan komandalar rayon mərhələsində iştirak etmək hüququ qazanıb.

Yurdçu kənd tam orta məktəbində “44 Günlük Qələbənin 4 Günlük Təməli” mövzusunda  tədbir keçirilib. Tədbirdə məktəbin V-VIII sinifləri üzrə 18 şagird iştirak edib. Tədbirin sonunda “Aprel döyüşləri”nə həsr olunmuş videoçarx nümayiş olunub.

Qarabağlar kənd 1№-li tam orta məktəbdə “Aprel döyüşləri”nə həsr olunmuş bilik yarışı keçirilib. Yarış 3 mərhələdən ibarət təşkil edilib. Şagirdlərə ümumi fənlər, dünyagörüşü və məntiqdən suallar təqdim olunub. Final turunun nəticələrinə əsasən, VIII sinif şagirdlərindən ibarət komandanın üzvləri I yerə layiq görülüb. Çalxanqala kənd tam orta məktəbinin V sinif şagirdləri arasında isə “Hər bir uşaq istedadlıdır” devizi altında bilik yarışı keçirilib.

Qıvraq qəsəbə tam orta məktəbinin V-VII sinif şagirdləri arasında “Mən sağlam böyüyəcəyəm” devizi altında  futbol yarışı, Yurdçu kənd tam orta məktəbinin V-VIII sinif şagirdləri arasında yüngül atletikanın turnikdə dartınma, paralel qol və maneələrin keçirilməsi idman növü üzrə məktəb birinciliyi, Şahtaxtı  kənd tam orta məktəbinin şagirdləri arasında boks yarışı, Qarabağlar kənd 1№-li tam orta məktəbin qızlardan ibarət voleybol idman klubları arasında isə yoldaşlıq görüşü keçirilib.

Qabıllı kənd tam orta məktəbində “Aprel döyüşləri”nə həsr olunmuş rəsm müsabiqəsi, Yeni Kərki kənd tam orta məktəbində II-IV sinif şagirdləri arasında “Mənim rəngarəng dünyam” devizi altında rəsm müsabiqəsi, eyni zamanda Təzəkənd tam orta məktəbində “Şəhidlər unudulmur”adlı şeir müsabiqəsi keçirilib. Müsabiqədə VIII-XI sinif şagirdləri iştirak edib.

Qıvraq qəsəbə, Çalxanqala, Böyükdüz və Yurdçu kənd tam orta məktəblərində şagirdlər arasında müxtəlif yaş qrupları üzrə məktəbdaxili şahmat yarışları təşkil olunub.

Qıvraq qəsəbə və Qarabağlar 2№-li tam orta məktəbinin şagirdləri arasında  “Nizami Gəncəvi 880 il” devizi altında tədbir keçirilib.

Xıncab kənd tam orta məktəbində Faruk Sumerin “Oğuzlar” kitabının və Yurdçu kənd tam orta məktəbinin III-V sinif şagirdlərinin iştirakı ilə “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub”un müzakirəsi təşkil edilib.

Keçirilən müsabiqələrdə fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomlarla mükafatlandırılıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg