• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün788
mod_vvisit_counterDünən1973
mod_vvisit_counterBu həftə2761
mod_vvisit_counterBu ay35093
mod_vvisit_counterÜmumi2502358

Tarix: 23 Apr., 2024

Pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə STEAM Tədris Mərkəzində seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetinin pedaqoji profilli ixtisasları Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə hamiliyə verilmişdir.

Təhsil Nazirliyi2020-2021-ci tədris ilində də hamiliyə verilmiş pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin nəzəri və praktik biliklərini artırmalarını diqqətdə saxlayır, tələbələrin gələcəkdə peşəkar müəllim kimi inkişaf etmələrinə şərait yaratmaq məqsədilə bir sıra tədbir və layihələr həyata keçirir. Belə layihələrdən biri də müasir təlim metodlarını mənimsəyən, XXI əsr bacarıqlarını və səriştələrini mənimsəmiş müəllim yetişdirmək məqsədilə həyata keçirilən “Sabahın müəllimi” layihəsidir. Layihə çərçivəsində pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat verilir, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübələri təşkil edilir.

Məlum olduğu kimi, 2020-2021-ci tədris ilindən başlayaraq muxtar respublikada STEAM təlim metodunun tətbiqinə başlanılmış, bu istiqamətdə mühüm işlər görülmüş, 15 məktəb və məktəbdənkənar tərbiyə müəssisələrində STEAM kabinələri, Heydər Əliyev adına tam orta məktəbdə isə STEAM Tədris Mərkəzi yaradılmışdır. Digər məktəblərdə də STEAM kabinələrinin yaradılması istiqamətində işlər aparılır. Pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin də STEAM təlim metodunu mənimsəmələri Təhsil Nazirliyi tərəfindən diqqətdə saxlanılır.

Aprelin 14-də STEAM Tədris Mərkəzində 30 tələbəyə STEAM təlim metodunun tətbiqinin öyrədilməsi və gələcəkdə müəllim kimi bu müasir təlim metodunun geniş tətbiqini həyata keçirilmələri məqsədilə seminar keçirilib.

Seminarda tələbələrə innovativ inkişafın açarı olan STEAM təlim metodu və bu metodun tətbiqi zamanı STEAM metodologiyaları, Robotexnika, 3D printer və müxtəlif rəngdə çap materialı, Makeblock, mBot, Arduino BT robotlar, Mindstorms və education lego dəstləri, 3D qələmlər, Arduino və BBC Micro:bit proqramlama və inkişaf dəstləri, servo mühərriklər, LCD ekranlar, micro idarəetmə modulları, RGB led və naqillər, müxtəlif ölçüdə mikro mexanizmlər, kiçik elektronik komponentlər haqqında məlumat verilib.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg