• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün849
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5185
mod_vvisit_counterBu ay33563
mod_vvisit_counterÜmumi2464052

Tarix: 29 Mart, 2024

“Məktəblilərin dram müsabiqəsi”nin qalibləri mükafatlandırıldı

Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin müstəsna əhəmiyyəti vardır. Mütaliə şagirdlərdə söz ehtiyatını artırır, onların nitq mədəniyyətinin formalaşmasına, sərbəst düşünüb nəticə çıxarmalarına mühüm təsir göstərir. “Məktəblilərin dram müsabiqəsi” də şagirdlərdə mütaliə vərdişlərinin formalaşması istiqamətində keçirilən müsabiqələrdən biridir. Bu gün “Məktəblilərin dram müsabiqəsi”nin yekununa həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, təhsil müəssisələrinin infrastrukturu yenilənmiş, maddi-tədris bazası möhkəmləndirilmiş, məktəb kitabxanaları 3 milyona yaxın dərslik,  600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyatla təmin edilmişdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edən oxunması zəruri olan kitabların siyahısı təsdiq edilmiş, kitabxanalarda guşələr yaradılmışdır.

Nazir qeyd edib ki, şagirdlərin kitabxanaların imkanlarından səmərəli istifadə etmələri, elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilmələri, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər keçirilir. Bu tədbirlərdən ən əhəmiyyətlisi isə ənənəvi olaraq aprel ayında ümumtəhsil məktəblərində keçirilən “Mütaliə aylığı”dır. Mütaliə aylığı çərçivəsində “Oxunması zəruri olan kitablar”ın mütaliəsi təmin edilir, kitab müzakirəsi və oxucu konfransları, ədəbi-bədii gecələr, disputlar, inşa yazı müsabiqələri, bilik yarışları keçirilir.

Təhsil naziri bildirib ki, bu istiqamətdə keçirilən tədbirlərdən biri də “Məktəblilərin dram müsabiqəsi”dir. 2021-ci il yanvarın 11-dən başlayaraq    3 mərhələdə keçirilən “Məktəblilərin dram müsabiqəsi”ndə 170 məktəb üzrə 1400-ə yaxın şagird iştirak etmişdir. Əsərlərdən səhnələşdirilən parçalar Münsiflər Heyəti tərəfindən qiymətləndirilmişdir. Şagirdlərin hazırladıqları səhnələrin tərtibatı, əsərdəki dövrlə səsləşən geyim və aksesuarlardan istifadə etmələri, əsərlərin mahiyyəti və ideyasını tamaşaçıya çatdıra bilmələri, dialoq və kompozisiyaları canlı ifa etmələri onu deməyə əsas verir ki, müsabiqə böyük marağa səbəb olmuş və müsabiqəyə hazırlıq yüksək səviyyədə təşkil edilmişdir.

Təhsil naziri Rəhman Məmmədov ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılması üçün yaratdığı əlverişli şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Mədəniyyət naziri Nətavan Qədimova  qeyd edib ki, bu gün muxtar respublikada teatrların fəaliyyətinə hərtərəfli dövlət qayğısı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmlən­diril­məsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, teatr binaları yenidən qurulmuş və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Hazırda muxtar respublikada fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, bögələrdə fəaliyyət göstərən 5 xalq teatrı tamaşaçıların asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır.

Mədəniyyət naziri bildirib ki, “Məktəblilərin dram müsabiqəsi” bundan sonra da şagirdlərin kitab mütaliəsinə marağının atmasına, onların bədii-estetik zövqünün və bədii qiraət bacarığının formalaşmasına, nəhayət, muxtar diyarımızda teatr sənətinə olan marağın güclənməsinə dəyərli töhfə olacaqdır.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış edərək bildirib ki, şagirdlər arasında keçirilən “Məktəblilərin dram müsabiqəsi” muxtar respublikamızda ədəbiyyata göstərilən diqqətin, qayğının bariz ifadəsidir. “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan ədəbiyyatların şagirdlər tərəfindən mütaliə olunması, eləcə də həmin əsərlərdən parçaların səhnələşdirilməsi şagirdlərin bacarıq və istedadını üzə çıxarır.

“Məktəblilərin dram müsabiqəsi”ndə Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvlərinin hazırladığı Şəhid Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş səhnəcik III yerin, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının hazırladığı Mirvari Dilbazinin “Xocalı Fəryadı” əsəri II yerin, Culfa rayon Qızılca kənd tam orta məktəbin şagirdlərinin hazırladığı Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” əsəri isə I yerin qalibi olub. Qaliblər təşkilatçılar tərəfindən plaket və oxunması zəruri olan kitablarla mükafatlandırılıblar. Həmçinin müsabiqə müddətində aktyorluq bacarığı ilə fərqlənən 14 şagird də mükafatlandırılıb.

Sonra “Məktəblilərin dram müsabiqəsi”nin seçim mərhələləri ilə bağlı hazırlanan videoçarx təqdim edilib. Tədbirin sonunda müsabiqənin qalibi olan məktəblərin hazırladıqları səhnələrə baxılıb.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg