• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün3018
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə7203
mod_vvisit_counterBu ay39535
mod_vvisit_counterÜmumi2506800

Tarix: 25 Apr., 2024

Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş interaktiv dərs keçirilib

16 aprel 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün interaktiv dərs keçirilib. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitunun “Ədəbiyyatşünaslıq” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov tərəfindən keçirilən interaktiv dərs Azərbaycan saz-söz sənətinin qüdrətli ustadlarından olan Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr edilib.

Bildirilib ki, Aşıq Ələsgər qüdrətli söz ustadlarından biri olmuşdur. O nəinki Azərbaycanda, bütün türk dünyasında tanınmışdır. Qeyri-adi istedad sahibi olan Aşıq Ələsgər aşıq sənətinin sirlərini dərindən bilərək ona həm də öz yaradıcılığı ilə yeniliklər qatmış, forma və məzmun etibarilə zənginləşdirmişdir. Xalqımızın söz ustadlarından biri kimi Aşıq Ələsgər irsinə həmişə qayğı göstərilmiş, yüksək qiymət ifadə edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il tarixli Sərəncamı da göstərilən diqqət və qayğının bariz bir ifadəsidir.

Qeyd edilib ki, muxtar respublikamızda da bu sahədə ardıcıl tədbirlərin keçirilməsi və yüksək səviyyədə qeyd edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 fevral 2021-ci il tarixli Sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı təsdiq edilmişdir. Ədəbiyyat muzeyində keçirilən növbəti interaktiv dərs də Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunur.

Saz-söz sənətinin qüdrətli ustadlarından olan Aşıq Ələsgər Azərbaycanın Göyçə aşıq mühitinə mənsub olan bir sənətkardır. Bu görkəmli söz ustadı 1821-ci ildə Göyçənin Ağkilsə kəndində Alməmməd kişinin ailəsində dünyaya göz açmışdır. Aşıq Ələsgər yaradıb-yaşadan aşıqlardandır. Aşıq Ələsgər kimi şöhrət qazanan bu nadir söz ustadı aşıq sənətinin inkişafına rəng qatmış, onu forma və məzmun cəhətdən zənginləşdirmişdir. Onun yaradıcılığı ədəb və mərifət dərsidir, müdriklik məktəbidir, vətənpərvərlik tərbiyəsidir. Elə sədaqət, vətənə məhəbbət, təbiətə vurğunluq onun yaradıcılığının məğzini təşkil edir. Ələsgər irsində xalqımızın mədəni-mənəvi dəyərlərinin təbliği başlıcalıq təşkil etmişdir.

Qeyd edilib ki, qüdrətli söz ustası dəfələrlə Naxçıvanda olmuş, gözəl saz-söz məclisləri keçirmişdir. Naxçıvan səfərindən bəhs edilən “Aşıq Ələsgərin Naxçıvan səfəri” dastan-rəvayəti yaranmışdır. Sovet dövründə muxtar respublikanın aşıq mühitilə bağlı toplama, nəşr və araşdırma işləri zamanı Əhliman Axundov Məmmədhüseyn Təhmasiblə birlikdə Ələsgərin “Naxçıvan səfəri” rəvayətini çap etdirmişdir. Ümumiyyətlə, aparılmış araşdırmalar, “Aşıq Ələsgərin Naxçıvan səfəri” və ustadın bir çox şeirləri XIX-XX əsrlər Göyçə aşıq mühitinin Naxçıvan aşıq mühiti ilə sıx sənət və yaradıcılıq ənənələrinə malik olduğunu bir daha göstərir. Göyçə aşıq mühiti, xüsusən də Aşıq Ələsgər yaradıcılığı və məktəbi Şərur-Naxçıvan-Şahbuz aşıqlarının yaradıcılığına, sənətdə inkişaf edib təşəkkül tapmalarına güclü təsir etmişdir.

Aşıq Ələsgər o sənətkardırdır ki, həm özünəqədərki qəlib məcazları, janrları böyük məharət və ustalıqla istifadə etmiş, həm də tamamilə bənzərsiz, orijinal məcaz nümunələri ortaya qoymuş, yeni janrlar ərsəyə gətirmişdir. Onun təcnisləri, dodaqdəyməz və cığalı təcnisləri Ələsgərin həm hər elmdən, həm də söz elmindən nə dərəcədə dərin bildiyinin əyani təzahürüdür. Ustadın bağlamaları, deyişmələri, həcvləri, hərbə-zorbaları, müxəmməs və divaniləri onun nə qədər zəhmətkeş və yaradıcı, məhsuldar, ustad bir sənətkar olmasının sübutudur.

Beləliklə, Aşıq Ələsgər Azərbaycan və ümumən türk dünyasının aşıq sənətini yaşadan və onu əbədiləşdirən nəhəng ustadlarından biridir. Bütün Azərbaycanın sevdiyi bu qüdrətli söz ustadı Naxçıvanla da bağlı olmuş, haqqında deyilən dastan və rəvayətlərdə, bəzi əsərlərində Naxçıvanla bağlılığı, əlaqə və münasibətləri yer almışdır. Bu ustad sənətkara xalqımızın məhəbbəti tam, hörməti tükənməzdir.

İnteraktiv dərs Naxçıvan Muxtar Respublikasının 200-dən çox ümumtəhsil məktəbində izlənilib.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg