• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün253
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə5707
mod_vvisit_counterBu ay36770
mod_vvisit_counterÜmumi2504035

Tarix: 25 Apr., 2024

“Mütaliə aylığı” çərçivəsində “Sürətli oxu” dərnəyinin üzvləri arasında ilk dəfə müsabiqə keçirilib

Muxtar respublikada ümumtəhsil müəssisələri ilə yanaşı məktəbdənkənar tərbiyə müəssisələrində də uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün zəruri şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-2020-ci tədris ilindən etibarən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 12 adda yeni innovativ dərnək - Robotexnika, Memarlıq-dizayn, Mental aritmetik, Dulusçuluq, Xalçaçılıq, Metal üzərində bədii döymə, Ağac üzərində oyma, Ebru sənəti, Qum sənəti, Dram, Gimnastika və Sürətli oxu dərnəkləri,     2020-2021-ci tədris ilindən isə STEAM dərnəyi fəaliyyət göstərir ki, həmin dərnəklər də zəruri avadanlıqlarla təchiz edilib.

Yaradılan innovativ dərnəklərdən biri də şagirdlərin geniş söz ehtiyatı, axıcı öyrənmə, sürətli oxuma və qavrama, xəyal qurma, inşa yazma və hekayə qurma və s. bacarıqlarının formalaşmasında böyük rolu olan “Sürətli oxu” dərnəyidir. Uşaqların bilik və bacarıqlarının aşkarlanması və daha da təkmilləşdirilməsində böyük rol oynayan “Sürətli oxu” dərnəyi mərkəzin İnnovasiyalar və uşaqların inkişafı şöbəsinin tərkibində fəaliyyət göstərir. Dərnək həftədə hər qrupda 12 dərnək üzvü olmaqla 2 qrup üzrə 4 gün tədris olunur. 7-12 yaş uşaqlar üçün nəzərdə tutulan “Sürətli oxu” dərnəyinin təlim sisteminin müddəti 6-8 aydır. Tədris ilinin sonunda tədris proqramını mənimsəyən dərnək üzvləri sevərək kitab oxumaq, oxuduqlarını yaddaşa ala bilmək, xəyal gücü və göz bucağını inkişaf etdirmək, öz hekayələrini yazma, yarımçıq hekayə tamamlamaq, söz ehtiyatını artırmaq, oxuduqlarını öz sözləri ilə ifadə edə bilmək, beyin xəritəsi ilə oxuya bilmək və sairə kimi vərdişlər qazanırlar.

Dərnək uşaqların kitaba olan marağının artırılmasında, mənəvi dünyasının zənginləşdirilməsində və yetkin şəxsiyyət kimi formalaşdırılmasında, dünyagörüşünün və bilik dairəsinin genişləndirilməsində bədii təxəyyülünün, məntiqi təfəkkürünün inkişaf etdirilməsində, oxu vərdişinin formalaşdırılmasında, eyni zamanda asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır. Qeyd olunanlar nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən elan olunan “Mütaliə aylığı” çərçivəsində ilk dəfə olaraq “Sürətli oxu” dərnəyinin üzvləri arasında müsabiqə keçirilib.

Müsabiqə 3 mərhələdə təşkil edilib. Dərnək üzvləri I mərhələdə Jek Londonun “Əcdadların harayı” əsərini, II mərhələdə Jül Verinin “Sirli ada” hekayələrini, III mərhələdə isə “Qoca və vəzir” nağılını oxuyublar. Müsabiqənin şərtlərinə görə seçilən mətnləri oxumaq üçün dərnək üzvlərinə I mərhələdə 5 dəqiqə, II mərhələdə 3 dəqiqə, III mərhələdə isə 1 dəqiqə vaxt verilib. Sonra şagirdlər oxuduqları əsərlərin qısa məzmununu izah ediblər.

Müsabiqənin sonunda qaliblər hər mərhələ üzrə oxuma sürəti və anlama qabiliyyətinə görə münsiflər heyəti tərəfindən müəyyən edilib. Beləliklə nəticələrə görə I yerə Aysel İbrahimli, II yerə Nigar Cəfərova, III yerə Humay Hüseynova, həvəsləndirici yerə isə Türkanə Bayramova layiq görülüb.

Qaliblər Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg