• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün438
mod_vvisit_counterDünən1386
mod_vvisit_counterBu həftə12356
mod_vvisit_counterBu ay43419
mod_vvisit_counterÜmumi2510684

Tarix: 27 Apr., 2024

Naxçıvan şəhər ümumtəhsil məktəblərində “Mütaliə aylığı” çərçivəsində tədbirlər davam etdirilir

Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərində “Mütaliə aylığı” çərçivəsində tədbirlət təşkil edilib.

Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə tədbir keçirilib. Naxçıvan Müəllimlər İnstitutunun tələbələri və məktəbin şagirdlərinin birgə hazırladığı tədbirdə dahi söz ustadının zəngin yaradıcılıq yoluna nəzər salınmış, sənətkarın əsərlərindən hissələr şagirdlər tərəfindən səhnələşdirilmiş, xəmsəyə daxil olan poemalar haqqında ətraflı məlumat verilmişdir. Nizami Gəncəvinin “Yaralı uşağın dastanı”, “Kərpickəsən kişinin dastanı” əsərləri şagirdlər tərəfindən səhnələşdirilmişdir. Şairin portreti məktəbin VI sinif şagirdi İsmayılova Qəmər Cavid qızı tərəfindən çəkilmişdir.

Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə isə “Əsrlərin şairi Nizami” mövzusunda məktəb kollektivinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Tədbirdə bildirilmişdir ki, böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın, mütaliənin mühüm rolu vardır. Poeziyamızın sönməz günəşi Nizami Gəncəvinin həyat və yaradıcılığı, eləcə də poemaları haqqında məlumat verildikdən sonra şagirdlər Nizami Gəncəvinin şeir və qəzəllərini qiraət ediblər.

Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə şagirdlərin hazırladıqları məruzələrin müzakirəsi keçirilmişdir. Tədbirin əvvəlində məktəbin kitabxana müdiri Maral Əliyeva “Oxunması zəruru olan kitablar” haqqında məlumat verib, daha sonra məktəbin IX sinif şagirdləri Aytən Əliyevanın “Cəlil Məmmədquluzadənin hekayələri”, Aygün Qasımovanın “İslamda müdrik kəlamlar”, Sevgi Hüseynovanın Nəsrəddin Tusinin “Əxlaqi–Nasiri”, Tutu Məhərrəmovanın isə “Atalar sözləri” haqqında məruzələri dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.

Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə Naxçıvan şəhər Ekoloji Tərbiyə mərkəzinin metodist və dərnək rəhbəri ilə birlikdə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir təşkil edilmişdir. Nizami Gəncəvinin həyatı haqqında kitabxana müdiri Tükaz Əliyeva, yaradıcılığı haqqında Göyərçin Muxtarova çıxış etmiş, daha sonra məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Vüsalə Qafarova tərəfindən “Nuşirəvan və bayquşların söhbəti” hekayəsi təhlil edilmişdir. Sonda Nizami Gəncəvinin kitablarından ibarət sərgiyə baxış olmuşdur.

Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə IIIb sinif şagirdləri arasında “Atalar sözləri” kitabının müzakirəsi təşkil olunmuşdur. Atalar sözləri şagirdlərin təfəkkürü ilə izah edilməyə çalışılmış, çatırılmaq istənilən fikirlər təhlil edilmişdir.

Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə də silsilə tədbirlər davam etdirilmiş, “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan Ernest Heminqueyin “Qoca və Dəniz” povestinin müzakirəsi keçirilmişdir. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülü Əliyeva və VIId sinif şagirdləri tərəfindən təşkil olunmuş müzakirədə elektron lövhədə kitab haqqında hazırlanan slayda baxış olmuş, şagirdlər povestin məzmunu haqında öz fikirlərini səsləndirmişlər. Həmçinin məktəbdə Günay Gülməmmədova və Vç sinif şagirdlərinin iştirakı ilə “Nizaminin hikmət və nəsihətləri” kitabının müzakirəsi keçirilmişdir.

Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı “Poeziya günü” keçirilmişdir. Tədbirdə məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Təranə Axundova şairin həyat və yaradıcılığı, IX sinif şagirdi Lamiyə Əliyeva “Xəmsə” haqqında çıxış etmişdir. IX sinif şagirdləri Aytac Səfərli, Səkinə Rəhimova, Məltəm Nəbiyeva Nizami Gəncəvinin lirikasından şeirlər söyləmişlər. Sonda şagirdlər tərəfindən şairin “Qarı ilə Sultan Səncər” hekayəti səhnələşdirilmiş şəkildə təqdim edilmişdir.

Naxçıvanın görkəmli ziyalılarından olan Eynəli bəy Sultanovun Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə “Məqalələr” kitabının müzakirəsi keçirilmişdir. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Qahirə Qənbərova çıxış edərək ədibin həyat və yaradıcılığından danışmışdır. Bildirmişdir ki, Naxçıvanın görkəmli şəxsiyyətləri haqqında söhbət açıldığı zaman Eynəli bəy Sultanovun xalqın problemləri və onların həlli üçün məqsədəuyğun addımları özündə əks etdirən məqalələr yazmış, bu məqalələrdə dövrünün ictimai eyiblərini tənqid etmiş, həmin dövrdə xalqdan eşitdiyi atalar sözləri və məsəllərə xüsusi yer vermişdir. Sonda məktəbin VI, IX sinif şagirdləri tərəfindən ədibin “Novruz bayramı”, “İki oğul”, “Naxçıvan məktubları” məqalələri oxunub müzakirə edilmişdir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg