• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün622
mod_vvisit_counterDünən1452
mod_vvisit_counterBu həftə7151
mod_vvisit_counterBu ay30980
mod_vvisit_counterÜmumi2498245

Tarix: 20 Apr., 2024

Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi hər il 100 faiz qəbul verir

Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində, xüsusən də dəqiq elmlər sahəsində dərin bilik verilməsinə tələbatı artırır. Bu sahədə muxtar respublikada kadrların hazırlanması diqqətdə saxlanılmış, təhsilə göstərilən hərtərəfli qayğının daha bir nümunəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 aprel 2015-ci il tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmışdır.

2015-2016-cı tədris ilindən istifadəyə verilən liseydə yaradılan əlverişli şəraitin və tədrisin yüksək səviyyədə təşkilinin nəticəsidir ki, artıq 5 ildir liseyin şagirdləri qəbul səviyyəsinə görə 100% nəticə göstərir. Həmçinin liseyin şagirdləri istər muxtar respublika, istərsə də ölkə səviyyəli olimpiada, şahmat, idman və digər müxtəlif yarışlarda yüksək nəticələr əldə edib ön sıraları tutmalarına görə seçilirlər.

Liseyin direktoru Çingiz Rzayev deyir ki, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə şagirdlərə bütün fənlərin, informasiya texnologiyalarının, həmçinin bədən tərbiyəsi və idmanın sirləri aşılanır. Liseydə istifadəyə verilən 19 sinif otağı, 3 laboratoriya otağı, 3 elektron lövhəli sinif, 2 kompüter otağı, STEAM, Robotexnika, Mental-Aritmetika, şahmat otaqları, bununla yanaşı akt zalı, kitabxana, hərbi kabinə, idman zalı, tennis otaqları və mini meydança şagirdlərin bilik və bacarıqlarını artırmaları ilə yanaşı asudə vaxtlarının da səmərəli təşkilinə geniş şərait yaradır.

Liseyin geniş və zəngin kitabxanası 4 min 110 dərslik və 2 min 524 bədii ədəbiyyat olmaqla, 6 min 634 kitab və eyni zamanda elektron dərsliklərlə zənginləşdirilərək şagirdlərin istifadəsinə verilib. Burada şagirdlər öz biliklərini artırmaq, mütaliə etməklə elmlərə daha dərindən yiyələnmək və nitq mədəniyyətlərini inkişaf etdirmək üçün kitabxananın imkanlarından lazımınca istifadə edirlər.

Hazırda liseydə 255 şagirdin təlim-tərbiyəsi ilə 31 müəllim və 11 tərbiyəçi məşğul olur. Liseyin dəqiq elmlər üzrə təmayüllü olması burada dərs deyən riyaziyyat və fizika müəllimlərinin məsuliyyətini daha da artırır.

Müasir tədris şəraiti yaradılan liseydə muxtar respublikanın ayrı-ayrı rayonlarından olan istedadlı uşaqlar oxuyurlar. Burada şagirdlər dövlət hesabına təhsil almaqla yanaşı yataqxana və yüksək keyfiyyətli yeməklə təmin edilirlər.

Liseyin lazımi avadanlıqlarla təmin edilən 273 yerlik yataqxana binasında şagirdlərin rahatlığı və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Belə ki, yataqxananın hər mərtəbəsinin foyesində yerli televiziya kanallarına çıxışı olan televizorlar və maraqlı bədii kitablarla təchiz olunmuş kitab rəfləri də şagirdlərin istirahət vaxtı məşğuliyyətləri üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı, yataqxana binasında 3 və 5 yerlik olmaqla 87 otaq, həkim və müayinə otaqları, idman zalı, yeməkxana, mətbəx, camaşırxana və hər mərtəbədə istirahət otaqları vardır ki, otaqların hər biri lazımi avadanlıqlarla təmin olunub.

Liseydə təhsil iki pillədə - ümumi orta və tam orta təhsil pillələrində aparılır. Həmçinin burada təhsil alan istedadlı şagirdlər fizika və riyaziyyat fənləri üzrə yüksək səviyyədə hazırlıqla təmin edilirlər.

Liseyi son 5 ildə 102 məzun bitirmişdir. Məzunların hamısı respublikanın müxtəlif ali məktəblərinə daxil olaraq tələbə adını qazanmışlar. 36 məzunun göstəricisi isə 500-700 bal intervalında olmuşdur. Məzunlardan 4-ü qızıl, 1-i gümüş, 15-i isə fərqlənmə attestatı ilə məktəbi bitirmişdir. Cari tədris ilində liseydən 33 şagird məzun olacaqdır.

Liseyin X sinif şagirdi Nicat Əlizadə təhsil aldığı lisey haqqında təəssüratlarını belə ifadə edir: “Burada bizim həm təhsil almağımız, həm də qalmağımız üçün hər cür şərait yaradılıb. Eyni zamanda müəllimlərimiz bizə yüksək səviyyədə dərs keçirlər. Əsas da fizika və riyaziyyat fənlərinə xüsusi yer verilir. Axırıncı sınaq imtahanında 627 bal toplamışam. Bununla yanaşı Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə I yerə layiq görülərək qızıl medalla təltif edilmişəm. Bu nailiyyətləri əldə etməyimin əsas səbəbi liseydəki bizə yaradılan şərait və verilən yüksək səviyyəli təhsildir. Mən inanıram ki, müəllimlərimin köməyi ilə qəbul imtahanlarına daha yaxşı hazırlaşaraq, yüksək balla ali məktəbə qəbul olacağam.

Liseyin Uşaq Birliyi Təşkilatının Rəhbəri və eyni zamanda biologiya müəllimi Xanım Fərəcova deyir ki, yaradılan şərait təhsilin səviyyəsini yüksəltməyə imkan verir. Burada istər dərs saatlarında, istərsə də məşğələ saatlarında həm şagirdlərin təhsilinə, həm də asudə vaxtlarının düzgün təşkilinə xüsusi diqqət yetirilir. Şagirdlərin asudə vaxtlarında tərbiyəçi müəllimlərin nəzarəti altında futbol, tennis, şahmat, voleybol, basketbol və s. kimi yarışlar təşkil olunur. Eyni zamanda liseydə müxtəlif bilik yarışları və viktorinalar təşkil edilir. Qabaqcıl şagirdlər diplomlarla və hədiyyələrlə təltif edilir. Bununla yanaşı, quraşdırılan elektron lövhələr, laboratoriya otaqları bizə imkan verir ki, fənləri şagirdlərə əyani şəkildə izah edək və bütün imtahan və yarışlarda yüksək nəticələr əldə edək.

Liseydə təhsil almaq üçün hər keçən il müraciət edən şagirdlərin sayı artmaqdadır. Liseyə qəbul ümumtəhsil məktəblərinin VII sinifində təhsil alacaq oğlan şagirdləri arasında müsabiqə yolu ilə aparılır. Qeyd edək ki, hazırda liseyə 2021-2022-ci tədris ili üzrə şagird qəbuluna başlanılıb. Sənəd qəbulu 2021-ci il aprelin 1-dən mayın 25-dək davam edəcəkdir.

10 iyun 2021-ci il tarixdə test formatında keçiriləcək imtahanda muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.

Liseyin mükəmməl şəkildə qurulmuş maddi-texniki bazası burada şagirdlərə daha yaxşı təhsil almaq imkanı verir. Ümid edirik ki, yeni tədris ili üçün Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə tam müasir standartlarla təchiz olunmuş şəraitdə təhsil almaq istəyən istedadlı şagirdlər müsabiqədə fəal iştirak edəcəklər.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg