• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün278
mod_vvisit_counterDünən1915
mod_vvisit_counterBu həftə278
mod_vvisit_counterBu ay21684
mod_vvisit_counterÜmumi2962495

Tarix: 13 Yan., 2025

“Mən oxudum, Siz də oxuyun” devizi altında kitab bağışlama aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mütaliə aylığı” çərçivəsində aprelin 19-u ümumtəhsil məktəblərinin şagirdləri arasında ilk dəfə “Mən oxudum, Siz də oxuyun” devizi altında kitab bağışlama aksiyası keçirilib. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə ümumtəhsil məktəblərinin şagirdləri ilə yanaşı, məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvləri də iştirak edib.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Heyran Əhmədova muxtar respublikada gənc nəslin bilikli, savadlı və intellektli formalaşması üçün göstərilən dövlət qayğısından, yaradılan hərtərəfli şəraitdən və ümumtəhsil məktəblərində “Mütaliə aylığı” ilə bağlı keçirilən tədbirlər və onların əhəmiyyətindən danışıb. Bildirib ki, muxtar respublikamızda gələcək nəslin sağlam mühitdə böyüməsi, savadlı, dünyagörüşlü olması üçün hər cür şərait yaradılır. Bütün məktəblərdə kitabxana fondu zənginləşdirilir. Bu isə  şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasına geniş imkanlar açır. Bu il də aprel ayı ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilib. Ay ərzində muxtar respublika ümumtəhsil məktəblərində mütaliə ilə bağlı müxtəlif tədbirlər - inşa yazı, dram, şeir, esse, sürətli oxu müsabiqələri, kitab müzakirələri və diskussiyalar, dəyirmi masa, ədəbiyyat muzeyi ilə interaktiv dərs, yazıçılar ilə şagirdlərin görüşü və s. kimi tədbirlər keçirilir. Aylıq çərçivəsində bu gün təşkil edilən kitab bağışlama aksiyasının məqsədi də məktəblilərə mütaliə vərdişlərini aşılamaq, onların kitaba olan marağını yüksəltməkdən ibarətdir.

Gənclərin dünyagörüşünün inkişafında kitabın rolundan danışan Heyran Əhmədova qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən əsərlərin mütaliəsinə cəlb edilməsi üçün keçirilən silsilə tədbirlər şagirdlərin dünyagörüşünün və bilik dairəsinin genişlənməsinə, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafına müsbət təsir edir.

Nazir müavini kitab bağışlamaqla məktəbli oxucularda kitaba və mütaliəyə olan məhəbbəti artırmağın mümkünlüyünü vurğulayıb və şagirdlərin kitabxananın gələcəkdə ən fəal oxucuları olacaqlarına inandığını söyləyib. Vurğulanıb ki, bu cür aksiyaların təşkili kitabsevər şagirdlər üçün ən gözəl duyğudur və kitabı sevdirmək üçün onu hədiyyə etməkdən başlamaq lazımdır. İllərdir oxuduğumuz kitabları başqalarına, ətrafımızdakı insanlara bağışlaya, onların da faydalanmalarını təmin edə və bununla mütaliəni dəstəkləyə, onları mütaliəyə təşviq edə bilərik.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Rəşad Xudiyev bildirib ki, 2019-cu ildən muxtar respublika rəhbərinin yüksək qayğısı sayəsində yeni maddi-tədris baza ilə təmin olunmuş Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yeni innovativ dərnəklər yaradılıb.  Bu dərnəklər sırasında yer alan “Dram” və “Sürətli oxu” dərnəkləri şagirdlərin mütaliə mədəniyyətlərinin zənginləşməsində, onlarda kitaba olan marağın artırılmasında mühüm rol oynayır. Mərkəzin zəngin kitabxanası imkan verir ki, dərnək üzvləri istədikləri kitabı əldə edib oxuya bilsinlər.

Aksiyada iştirak edən şagirdlər oxuduqları Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, M.S.Ordubadinin “Qılınc və qələm”, Teodor Drayzerin “Dahi”, Moris Meterlinkin “Göy quş”, Hüseyn Cavidin “Azər”, Mətanət Məmmədovanın “Naxçıvan blokadası” və s. kitablar haqqında məlumat veriblər.

Tədbirin sonunda ümumtəhsil məktəblərinin şagirdləri və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri öz sevimli kitablarını bir-birlərinə hədiyyə ediblər. Nəticədə yaranan səmimi və bir o qədər də maraqlı mənzərə kitabdan oxumağa, öyrənməyə istəyi artan şagird sevincindən xəbər verib.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg