“Mütaliə aylığı” çərçivəsində Naxçıvan Qarnizonu tam orta məktəbinin kitabxanasında Azərbaycan dili və ədəbiyyatı müəllimləri və V sinif şagirdlərinin iştirakı ilə Güney Azərbaycanın yazıçısı Səməd Behrənginin “Balaca qara balıq” kitabının müzakirəsi keçirilib.
Müzakirədə şagirdlər Səməd Behrənginin həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər. Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Təranə Mütəllimova və Zeynəb Nəsirova çıxışlarında İranda şah rejiminin qurbanına çevrilən Səməd Behrənginin ən məhşur əsəri olan “Balaca qara balıq” əsərində Balaca qara balığın dilindən xalqın azadlıq mübarizəsini əks etdirdiyini bildirmişlər.
Şagirdlər əsərdə “Balaca qara balığ”ın yeni dünyaya doğru gedən yolda çətinliklərlə üzləşdiyini və bü çətinliklərdən qurtularaq irəliyə dorğru yolunu davam etdirib gedib dənizə çıxdığını söyləyiblər.
Bildirilib ki, yazıçı əsəri nikbin sonluqla tamamlamaqla gəncliyin yenilməz qüvvə olduğunu nəzərə çarpdırmaq istəmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi