• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün570
mod_vvisit_counterDünən1100
mod_vvisit_counterBu həftə9259
mod_vvisit_counterBu ay5320
mod_vvisit_counterÜmumi2522136

Tarix: 04 May, 2024

“Xəmsə” Milli İntellektual Oyununun növbəti mərhələsi Kəngərli rayonunda keçirilib

Kəngərli Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.

Oyunun keçirilməsində məqsəd yeniyetmələrin intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olub.

Tədbiri çıxış edənlər muxtar respublikada gənclərin intellekt səviyyəsinin yüksəldilməsi üçün görülən tədbirlərdən və gənclərin hərtərəfli inkişafına yaradılan şəraitdən danışıblar. Bildirilib ki, gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsi üçün müxtəlif layihələr həyata keçirilir. Yeniyetmə və gənclərin kütləvi şəkildə bu cür yarışlara cəlb edilməsi müsbət haldır və bu oyunların komanda şəklində düzənlənməsi gənclərin kollektivləşməyə, kollektiv oyunlara marağını artırır.

İştirakçılar yarışın şərtləri barədə ətraflı məlumatlandırıldıqdan sonra bilik yarışına start verilib. Keçirilən bilik yarışında 8 komandada 40 şagird iştirak edib.

Yarışın yekun nəticələrinə əsasən, Yurdçu kənd tam orta məktəbinin “Qarabağ” komandası I, Çalxanqala kənd tam orta məktəbinin “Füzuli” komandası II, Qıvraq qəsəbə tam orta məktəbinin “Ağdam” komandası III, Xok kənd tam orta məktəbinin “Ağdərə” komandası isə həvəsləndirici yerə layiq görülüb.

Sonda oyunun qalibləri təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg