• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1313
mod_vvisit_counterDünən1100
mod_vvisit_counterBu həftə10002
mod_vvisit_counterBu ay6063
mod_vvisit_counterÜmumi2522879

Tarix: 04 May, 2024

Sədərək rayon ümumtəhsil məktəblərində “Mütaliə aylığı” çərçivəsində marifləndirici tədbirlər keçirilib

Sədərək Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərində “Mütaliə aylığı”na həsr olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsi keçirilmişdir. Müzakirələrdə çıxış edənlər vuğlayıblar ki, “Kitabi-Dədə Qorqud” dastanından günümüzə gəlib çatan bir müqəddimə və on iki boy böyük oğuznamə mədəniyyətini əks etdirən ensiklopedik səciyyəli çoxlaylı, çoxqatlı nadir bir ədəbi-tarixi qaynaqdır. Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları b.e. XI yüzilliyində “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır.

Müəllimlər Ümummilli liderin “Kitabi-Dədə Qorqud” haqqındakı “Kitabi-Dədə Qorqud” dastanı bütün Türk dünyasına məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir” fikirlərini şagirdlərə çatdırmışlar. Qeyd olunmuşdur ki, “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında mühüm rolunu nəzərə alan görkəmli dövlət xadimi Heydər Əliyev dastanın dünya miqyasında təbliği, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi üçün “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında” 20 aprel 1997-ci ildə xüsusi Fərman imzalamışdır. Bu Fərman əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər, sözün böyük mənasında, “Kitabi-Dədə Qorqud” dastanlarının yenidən doğuluşu və əbədiyyət qazanması hadisəsinə çevrilmişdir. Tədbirin sonunda kitab haqqında ətraflı müzakirələr aparılıb.

Eyni zamanda Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində Təhsil Şöbəsi, Əhalinin Sosial Müdafiəsi Mərkəzi və İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sağlamlıq İmkanları Məhdud şagirdlər arasında “Naxçıvan abidələri” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqədə rayon ümumtəhsil məktəblərinin 16 sağlamlıq imkanları məhdud şagirdi iştirak edib. Müsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın tarixi abidələrinin tanıdılması, şagirdlərdə vətənpərvərlik, Vətənə məhəbbət hisslərinin yüksəldilməsi, istedadlı gənclərin üzə çıxarılması, onların bacarıqlarının təkmilləşdirilməsi üçün lazımi şəraitin formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkili olub. Müsabiqədə iştirak edən şagirdlər onlara ayrılmış 2 saat müddətində təsviri incəsənət janrında kağız üzərində sərbəst texnika ilə muxtar respublikada mövcud olan tarixi abidələri təsvir ediblər.
Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib və mükafatlandırılıb.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg