Babək Rayon Təhsil Şöbəsinin və Babək Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəbliləri arasında “Xəmsə” Milli İntelektual Bilik Oyununun rayon mərhələsi keçirilmişdir. Babək şəhər 2 nömrəli tam orta məktəbdə təşkil olunan yarışda 6 komanda üzrə 30 şagird iştirak etmişdir. Müsabiqədə Yarımca kənd tam orta məktəbinin “Araz” komandası I yerə, Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin “İlğım” komandası II yerə, Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin “Çinar” komandası III yerə layiq görülmüşdür. Qliblər diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır. Müsabiqədə birinci yer tutmuş “Araz” komandası müsabiqənin muxtar respublika birinciliyində iştirak etmək hüququ qazanmışdır.