Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi uğurla davam etdirilir.
Layihədə iştirak edən Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin IX sinif şagirdi Bayramov Hüseyn Samir oğlu elmi rəhbəri AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun elmi işçisi Hüseyn Rəsulzadə ilə birgə “Naxçıvan Muxtar Respublikasının suda-quruda yaşayanları və onların biosenozlarda rolu” mövzusunda tədqiqat işi hazırlamışlar.
Hüseyn Bayramov “Naxçıvan Muxtar Respublikasında suda-quruda yaşayanların (Amphibia) növ müxtəlifliyi və onların biosenolarda rolu” adlı məqaləsinə görə Ümumrusiya informasiya-təhsil portalında Rusiya Federasiya Akademiyasının “pedoqoji layihələr” nominasiyası üzrə I yerə layiq görülmüş, diplom və setifikatla (Diplom EA № 59631, Sertifikat CB № 29170) təltif edilmişdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi