• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün192
mod_vvisit_counterDünən1915
mod_vvisit_counterBu həftə192
mod_vvisit_counterBu ay21598
mod_vvisit_counterÜmumi2962409

Tarix: 13 Yan., 2025

“Hər bir uşaq istedadlıdır” adlı bilik yarışına yekun vurulub

Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Şahtaxtı kənd tam orta məktəbində ümumtəhsil məktəblərinin II, III və IV sinif şagirdləri arasında keçirilən “Hər bir uşaq istedadlıdır” adlı bilik yarışına yekun vurulub.

Bilik yarışının keçirilməsində məqsəd şagirdlərin təhsilə marağını artırmaq və yeni biliklər qazandırmaq, məktəblilərin intellektual səviyyəsini, bilik və məlumat bazasını möhkəmləndirmək, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək, şagirdlər arasında sağlam rəqabət mühitini formalaşdırmaq, yaradıcı qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şərait yaratmaq, habelə qoyulmuş problemlərin praktiki həllinə, yaradıcı yanaşma vərdişlərinin yaradılmasına dəstək verməkdən ibarət olub.

Müsabiqənin yekun mərhələsində çıxış edən Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Cahan Abbasova fəaliyyətin əsas istiqamətlərindən biri olan istedadlı şagirdlərlə işin düzgün qurulması və bunun üçün şagirdlərin biliklərinin artırılmasında müsabiqələrin, olimpiadaların keçirilməsinin böyük əhəmiyyəti olduğunu, müsabiqələrin istedadlı şagirdləri aşağı siniflərdə müəyyənləşdirməyə kömək etdiyini vurğulayıb.

Qeyd edək ki, bilik yarışı əsasnaməyə uyğun olaraq 2 mərhələdə təşkil olunub. Mart ayında keçirilən məktəb mərhələsində qeyd olunan siniflər üzrə qalib olmuş komandalar rayon mərhələsində iştirak etmək hüququ qazanıb.

Üç gün davam edən yarışda ümumtəhsil məktəblərinin II, III və IV siniflərindən Azərbaycan dili, Riyaziyyat və Həyat bilgisi fənlərinin hər biri üzrə ayrı-ayrılıqda 11 komandada 55 şagird iştirak edib. 2 yarımfinal və 1 final mərhələsindən ibarət olan bilik yarışında komandalara hər fənn üzrə 50 sual təqdim olunub və sualların cavablandırılması üçün 1 dəqiqə vaxt verilib. Şagirdlər Azərbaycan dili, Riyaziyyat və Həyat bilgisi fənninə dair suallar üzrə biliklərini sınayıblar.

Müsabiqədə hər sinif və fənn üzrə bir – I yer, bir – II yer, bir – III yer və iki - həvəsləndirici yer olmaqla, 5 qalib müəyyən edilib.

Bilik yarışının qalibləri diplomlarla mükafatlandırılıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg