Sədərək Rayon Təhsil Şöbəsi, Şahmat Federasiyasının rayon bölməsi, Yevlax Şəhər Uşaq Gənclər İdman Şahmat Məkətəbi, Muğla Büyük Şehir Belediyəsi və Pakistan Akıl Sporları Satranc Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Türkiyə və Pakistan şahmatçı şagirdləri arasında “8 Online Uluslararası Külübler Lichess” şahmat yarışı keçiriləcəkdir.
25 aprel 2021-ci il tarixdə saat 21:00-da lichess.org internet plortforması vasitəsilə keçiriləcək görüşdə Azərbaycanın rayon və şəhərlərindən Yevlax, İda Şahmat klubu, Balakən, Samux, Mingəçevir, Göyçay, Oğuz, Tərtər, Gənclər İdman Şahmat məktəbləri, Naxçıvan Muxtar Respublikasından Sədərək və Kəngərli Rayon Uşaq Gənclər Şahmat məktəblərinin komandaları və Türkiyənin İzmir Deha, Muğla, Fathiye, Antakya, Karşıyaka, Ünlem, Ünlem Akedemi, Yıldız Satranc Akedemi, Ankara, Serdas, Turğutlu Deha, Kaplan Satranc mərkəzləri və klubları, Pakistandan isə Pakistan Akıl Sporları, Puas Master, Bvs, Mixed Scool, TCF Cowasjee, C.A.S Scool, SMB Fatima, Şahmat kulub və Şahmat mərkəzləri olmaqla 27 komanda iştirak edəcək.
Keçiriləcək görüşdə hər komandada 30 müxtəlif dərəcəli şagird olmaqla, ümumilikdə 800 müxtəlif dərəcəli şahmatçı şagirdlərin iştirakı nəzərdə tutulur.
Lichess.org internet plortforması vastəsilə keçiriləcək görüş “Youtube” üzərindən canlı yayımlanacaqdır.
Görüşün yekun nəticələri Naxçıvan Şahmat Federasiyası və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytlarında elan ediləcəkdir.
Ülviyyə HACIYEVA
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə
əlaqələr üzrə baş məsləhətçisi