• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün473
mod_vvisit_counterDünən1973
mod_vvisit_counterBu həftə2446
mod_vvisit_counterBu ay34778
mod_vvisit_counterÜmumi2502043

Tarix: 23 Apr., 2024

Babək rayon ümumtəhsil məktəblərində tədbirlər keçirilib

“Mütaliə aylığı” çərçivəsində Babək Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərində bilik yarışları, maarifləndirici söhbətlər və müzakirələr keçirilib. Belə ki, yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını situmullaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, yol hərəkət qaydaları ilə tanışlığını daha yaxından təmin etmək məqsədilə rayon ümumtəhsil məktəbləri arasında Təhsil Şöbəsinin, Polis İdarəsinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Nə? Harda? Nə zaman?” intellektual oyunu keçirilib. Yarışda qalib məktəb komandaları diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Babək Rayon Təhsil Şöbəsində ümumtəhsil məktəblərindən Naxçıvan Tibb Kollecinin “Hərbi Feldşer işi” ixtisasına namizədlərin cəlb olunması və seçimi ilə bağlı hərbi rəhbərlərlə görüş keçirilib. Görüş zamanı hərbi rəhbərlərin şagirdlərin ixtisas seçimində maraqlı olmalarını və onların diqqətlərini bu yöndə istiqamətləndirmələri üçün müəyyən tövsiyyələr verilib.

Rayon ümumtəhsil məktəblərində işləyən kitabxanaçılar üçün ”Kitabxana işini necə qurmalı?” mövzusunda seminar keçirilib. Seminarda Təhsil Nazirliyi tərəfindən keçirilən konfransda verilmiş tapşırıqlar izah olunub, müəllim kollektivinin və şagird heyyətinin bədii mütaliə maraqlarının artırılması istiqamətində bir sıra işlərin görülməsi tapşırılıb.

Həmçinin Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsi və Babək Rayon Xəstəxanasının birgə təşəbbüsü ilə velosiped yarışı üzrə rayon birinciliyi keçirilib. 26 şagirdin iştirak etdiyi yarışda qaliblərə diplom və müxtəlif hədiyyələrlər təqdim olunub.

Eyni zamanda Didivar kənd tam orta və Gülşənəbad kənd ümumi orta məktəblərində T.Drayzerin “Dahi” romanının müzakirəsi keçirilib. Müzakirələrdə yazar haqqında ətraflı məlumat verilib, şagirdlər tərəfində romanın bədii xüsusiyyətləri və sujeti təhlil olunub.

Babək şəhər 2 nömrəli tam orta məktəbdə isə Antuan de Sent-Ekzüperin “Balaca Şahzadə” əsərinin İngilis dilində müzakirəsi keçirilib. Məktəbin İngilis dili müəllimi Vüsalə Allahverdiyeva tərəfindən təşkil olunan  müzakirədə yazar haqqında ümumi məlumat verildikdən sonra şagirdlər əsər haqqında fikirlərini səsləndiriblər.

Hacıvar kənd tam orta məktəbində Faruk Sumerin “Oğuzlar” kitabı və M.Rzadizə kənd tam orta məktəbind isə Y.Balasaqunlunun “Qutatqu bilik” kitabının müzakirələri keçirilib. Müzakirələrdə hər iki əsərin tarixi əhəmiyyəti xüsusi vurğulanıb, bədii xüsusiyyətləri təhlil olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg