“Mütaliə aylığı” ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə IX-XI sinif şagirdləri iştirak edib. Nəticələrə görə I yeri Sələsüz kənd tam orta məktəbin şagirdi Nurgül Quliyeva, II yeri Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Könül Vəlizadə, III yeri isə Şahbuzkənd tam orta məktəbin şagirdi Bahar Həsənəliyeva tutub. Qaliblərə Təhsil Şöbəsinin diplomları təqdim olunub.