• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1708
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə1708
mod_vvisit_counterBu ay47320
mod_vvisit_counterÜmumi2514585

Tarix: 29 Apr., 2024

Sədərək rayon məktəblərində “Mütaliə aylığı” çərçivəsində tədbirlər keçirilib

Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssələrinin kitabxanaları zəruri avadanlıqlarla təchiz olunmuş, fondu zənginləşdirilmiş, “Oxunması zəruri olan kitablar” və bədii ədəbiyyat nümunələri ilə təmin olunmuşdur. Yaradılan şəraitdən səmərəli istifadə olunmasını, eləcə də mütaliənin şəxsiyyətin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq, aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığıˮ elan edilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Mütaliə aylığıˮnın keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Sədərək rayon ümumtəhsil məktəblərində Eynəli bəy Sultanovun Məqalələr kitabının müzakirəsi keçirilib.

Müzakirədə Təhsil Şöbəsinin əməkdaşları ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri və ümumtəhsil məktəblərinin 75-ə yaxın şagirdi iştirak edib. Kitab haqqında geniş söhbətlər aparılıb, şagirdləri maraqlandıran suallar müəllimlər tərəfindən cavablandırılıb.

Eyni zamanda Sədərək Rayon Təhsil Şöbəsi, İdman İdarəsi, Hava və Ekstremal İdman Növləri Federasiyasının Rayon Bölməsinin birgə təşkilatçılığı ilə Veslosiped idman yarışı üzrə Sədərək rayon birincliyi keçirilib. 1500 metir məsafədə keçirilən birinciliyin yekun nəticələrinə əsasən I yerə Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdi Tağı Qazıyev, məktəbin şagirdilərindən Nihad Bəyməmmədli II yerə və III yerə isə Həsən Mustafayev layiq görülmüşlər. Qaliblər sonda təşkilatçıların diplomları ilə mükafatlandırılmışlar.

Həmçinin Sədərək Rayon Uşaq Gənclər Şahmat məktəbində “Zərərli vərdişlərə yox deyək, sağlam olaq” devizi altında tempo turniri keçirilib. Keçirilən turnirdə Şahmat Federasiyasının Sədərək Rayon Bölməsinin, Sədərək Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin 22 şagirdi iştirak edib. Yarışın keçirilməsində məqsəd şagirdlərin şahmata olan maraqlarının artırılması, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, rayonda bu idman növü üzrə yeniyetmə və şagirdlərin iştirakının təmin edilməsi, onlayn keçirilən ölkə və ölkədən kənar yarışlarda şahmatçıların iştirakının təmin edilməsindən ibarət olub. Gərgin və maraqlı keçən turnirin yekun nəticələrinə gəldikdə isə I yerə Anar İbrahimzadə, II yerə Asəf Fətullayev, III yerə Nurşən İbrahimzadə, həvəsləndirici yerə isə Səid Hüseynov layiq gürülmüşlər. Qaliblər təşkilatçıların pul, kubok və diplomları ilə mükafatlandırılmışlar.

Dəmirçi kənd tam orta məktəbində mariflədirici tədbir keçirilib. Keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək Rayon Polis Şöbəsi, Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarədinin əməkdaşları Sədərək rayon Dəmirçi kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdən təhlükəsiz istifadə edilməsi, şagirdlərin zərərli təsirlərdən qorunması və asudə vaxtlarının səmərəli təşkili mövzusunda maarifləndirici söhbətlər aparmışlar. Tədbirin sonunda şagirdlərin sualları təşkilatçılar tərəfindən cavablandırılmışdır.

Həmin gün rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında Sədərək rayonunun vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Zəfər tariximiz” mövzusunda bilik yarışması keçirilib. Yarışda Təhsil Şöbəsi, İdman İdarəsinin əməkdaşlar və ümumtəhsil məktəblərinin 5 komandası iştirak edib. Bilik yarışmasında şagirdlərə 25 sual təqdim olunub. Şərtlərə görə təqdim edilmiş sualları 30 saniyə ərzində cavablandıraraq ən yaxşı nəticə göstərən komanda qalib elan edilib. Beləliklə hər birində 4 şagird 1 kapitan komanda olmaqla 5 komanda- “Dəmirçi”, “Suqovuşan”, ”Şuşa”, “Xarı Bülbül” və “Kərki” komandaları arasında suallara düzgün və dəqiq cavab verən “Suqovuşan” komandası I yerə, “Şuşa” komandası II yerə, “Xarı Bülbül” komandası isə III yerə layiq görülüb. Qaliblər sonda təşkilatçıların diplom və Fəxri Fərmanları ilə mükafatlandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg