Culfa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Culfa şəhər 3 nömrəli tam orta məktəbində “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan “Kitabi-Dədə Qorqud” dastanının müazakirəsi keçirilib. Müzakirə zamanı Culfa Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramazan Abuzərov “Kitabi-Dədə Qorqud” dastanında milli-mənəvi dəyərlərimiz”, Culfa şəhər 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimlərindən Gülsadə Əliyeva “Kitabi-Dədə Qorqud” dastanında qadın obrazları”, Lalə Qasımzadə “Kitabi-Dədə Qorqud” dastanında qəhrəmanlıq obrazları”, Turanə Cabbarova isə “Kitabi-Dədə Qorqud” dastan xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda çıxış ediblər. Məktəbin şagirdlərindən Nəsrin Məmmədova, Lamiyə İsgəndərli, Nuray Əliyeva, Rəvanə Əhmədli dastandan bəzi boylar haqqında danışmışdır. Müzakirənin sonunda məktəbin şagirdləri “Qazan xanın oğlunun yağmalandığı boy” u səhnələşdiriblər. Sonra məktəbin IX-XI sinif şagirdləri “Kitabi-Dədə Qorqud” dastanında “Qəhrəmanlıq obrazları” mövzusunda esse yazı işi yazıblar.
Həmçinin məktəbin idman zalında Rayon Təhsil Şöbəsi, Uşaq Gənclər İdman Məktəbin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında rayon ümumtəhsil məktəblərinin idman klubları arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib. Maraqlı və gərgin mübarizənin yekun nəticəsinə əsasən Yaycı kənd 2 nömrəli tam orta məktəbin komandası qalib gəlib. Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.