• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün972
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə972
mod_vvisit_counterBu ay46584
mod_vvisit_counterÜmumi2513849

Tarix: 29 Apr., 2024

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 28-dəgörkəmli oftalmoloq-alim, akademik ­Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Kəngərli rayon Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində tədbir keçirilib.Əvvəlcə tədbir iştirakçıları görkəmli akademikin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə yaxından tanış olublar.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti, yüksək mənəvi keyfiyyətlərindən bəhs edib. Bildirib ki, Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda, Şahtaxtı kəndində anadan olmuşdur. 1942-ci ildə orta məktəbi bitirdiktən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmiş, 1950-ci ildə aspiranturaya daxil olmuş, aspiranturanı bitirdikdən sonra respublika Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.

Qeyd olunub ki, Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, traxomanın müalicəsində daha təsirli vasitələrin öyrənilməsinə, o dövr  üçün yeni olan antibiotiklərdən-sintomitsindən istifadə olunmasına həsr etmişdir. 1968-ci ildən başlayaraq, Zərifə Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlamışdır.

Vurğulanıb ki, çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etmiş, 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə-görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülmüşdür.

Heyran Əhmədova bildirib ki, böyük xidmətlərinə, çoxillik elmi – tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə xanım Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır. Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Alimin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmiş, bundan sonra da təsir göstərəcəkdir.

Çıxış edən Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıb. Bildirib ki, tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca zirvələrini fəth edən Zərifə Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə öz sanballı möhürünü vurub. Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.

Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı çıxışında görkəmli alimin keçdiyi ­həyat yoluna nəzər salıb, onun yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasında və göz xəstəliklərinin müalicəsində göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Bildirib ki, alimin bu gün də elmi araşdırmaları və əldə etdiyi nailiyyətlər bir daha onun uzaqgörənliyini, böyük hədəflərə nail olduğunu sübut edir.

Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbin direktoru Ehtimad Məmmədov görkəmli alimin zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən danışıb.Bildirib ki, akademik Zərifə Əliyeva gənc nəslin təlim-tərbiyəsində yüksək səviyyəli tibb işçilərinin, layiqli vətən övladlarının hazırlanmasında, həkim-oftalmoloqların ixtisaslarının ilbəil artırılmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir.

Sonda məktəbin şagirdləri Zərifə xanım Əliyevaya həsr olunmuş ­şeirləri bədii qiraət ediblər, akademikin həyat və fəaliyyəti ilə bağlı filmə baxıblar.

Zərifə xanımın işıqlı obrazı vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaqdır.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg