Aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilmiş, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Mütaliə aylığı”nın keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planına uyğun olaraq Şərur şəhər 2 nömrəli tam orta məktəbdə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsi keçirilib. Tədbirdə çıxış edənlər dastan haqqında qısa məlumat verərək qeyd ediblər ki, “Kitabi-Dədə Qorqud” dastanının bu gün də dərindən öyrənilməsinə və məktəblilər arasında təbliğinə ehtiyac var. Şagirdlərə dastanın mütaliə edilməsinin vacibliyi tövsiyə edilib.
Məktəblilər “Kitabi-Dədə Qorqud” dastanının “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”undan bədii-kompozisiya nümayiş etdirib, müəllimlər tərəfindən obrazların geniş müzakirəsi və təhlili aparılıb.