Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə rayonun ümumtəhsil məktəblərinin kitabxanaçıları üçün seminar keçirilib. Seminarda Şahbuz Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Fikrət Cəfərov bildirib ki, son illər məktəb kitabxanaları verilən bədii ədəbiyyatlarla daha da zənginləşdirilmiş, məktəblilərin bədii ədəbiyyatlara olan marağını artırmaq, onların dünyagörüşünün formalaşmasına şərait yaratmaq məqsədi ilə rəngarəng tədbirlər hazırlanıb həyata keçirilir. O, məktəb kitabxanalarının işinin təşkilindən geniş söhbət açıb və məktəbin pedaqoji kollektivlərinin üzvlərini və şagirdləri bədii ədəbiyyatdan daha geniş istifadə etmələri üçün məktəb kitabxanaçılarını daha fəal olmağa çağırıb.