• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1220
mod_vvisit_counterDünən908
mod_vvisit_counterBu həftə4101
mod_vvisit_counterBu ay36433
mod_vvisit_counterÜmumi2503698

Tarix: 24 Apr., 2024

“Mütaliə aylığı” çərçivəsində tədbirlər keçirilib

Aprel ayının “Mütaliə aylığı” elan olunması ilə əlaqədar Naxçıvan şəhər V.Zeynalov adına 3 nömrəli tam orta məktəbdə Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbirdə Nizami dühası və yaradıcılığı haqqında məlumat verildi. Daha sonra şagirdlərin hazırladığı bədii kompozisiya dinlənildi.

Məktəbdə “Mütaliə aylığı” çərçivəsində keçirilən digər tədbir Məmməd Tağı Sidqinin hekayələrinin müzakirəsi oldu. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sadiqova Xədicə çıxış edərək yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi. Sonra şagirdlər tərəfindən hekayələrin müzakirəsi aparıldı, səhnəciklərə baxış keçirildi.

Naxçıvan şəhər İ.Səfərli adına 1 nömrəli tam orta məktəbdə də “Mütaliə aylığı” çərçivəsində silsilə tədbirlər davam etdirilir. Məktəbin ibtidai sinif müəllimi İsmayılzadə Ətrabə "Oxunması zəruri olan kitablar siyahısı"na daxil olan C.Məmmədquluzadənin əsərlərini IIIc sinif şagirdlərinin iştirakı ilə müzakirəsini keçirdi. Müəllim yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi, onun “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi olduğu vurğuladı. Şagirdlər “Qurbanəli bəy”, “Poçt qutusu”, “Quzu” hekayələrinin müzakirəsində iştirak edərək öz fikirlərini bildirdilər.

27 aprel 2021-ci il tarixdə Hüseynova Səfurə İbrahim qızının təşkilatçılığı ilə məktəbin VIIa sinif şagirdlərinin iştirakı ilə M.Şəhriyarın “Heydərbabaya salam” poemasının müzakirəsi keçirildi. Müəllim “Heydərbabaya salam”  poeması haqqında ətraflı məlumat verdi. Poemanın o taylı-bu taylı Azərbaycan xalqının bir-birinə mənən,ruhən yaxınlaşması üçün olduqca əhəmiyyətli mənəvi körpü rolu oynamasından söhbət açdı. Sonda şagirdlər poemadan hissələri əzbər söylədilər və Rübabə Muradovanın ifasında “Heydərbabaya salam” poemasının sözlərinə yazılmış mahnı dinlənildi.

28 aprel 2021-ci il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Novruzova Gülüstan “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan M.S.Ordubadinin "Qılınc və qələm" romanını Vb sinif şagirdləri ilə müzakirəsini keçirdi. “Qılınc və qələm” romanında diqqət mərkəzinə çəkmək istənilən başlıca ideya, Fəxrəddinin psixoloji zəifliyi, bir sıra səhv qərarlar verməsi və ona hər an Nizaminin doğru  yol göstərməsi müəllifin göstərmək istədiyi əsas fikir olduğu şagirdlərə izah edildi.

26 aprel 2021-ci il tarixdə Naxçıvan şəhər V.Hüseynova adına 6 nömrəli tam orta məktəbdə  “Kitabi –Dədə Qorqud dastanındakı obrazların  təhlili, müzakirəsi  və parçaların  səhnələşdirilməsi” adlı tədbir keçirildi. Tədbirdə IX sinif  şagirdi  Əliyeva Aytənin  ifasında  “Səni bağda görən güllər pərdə  çəkdi üzünə” qəzəli dinlənildi və şagirdlər tərəfindən “Beynəyin   öldürülülməsi”, Salur Qazanın  evinin yağmalanması boyunda “Burla Xatun  ilə oğlu Uruzun  görüşməsi”, Uruz bəyin  dustaq  olduğu  boyda  “Uruz ilə atası  Qazanın  görüşü” hissələri səhnələşdirildi.

Ə.Ağayev adına 8 nömrəli tam orta məktəbdə “23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüquqları Günü” ilə əlaqədar olaraq viktorina və şeir müsabiqəsi təşkil olundu. Viktorinanın sonunda qaliblər müxtəlif adda kitablarla mükafatlandırıldılar. Şeir müsabiqəsində iştirakçılar Nizami Gəncəvinin, Bəxtiyar Vahabzadənin, Həsən Mülkülünün, Mövlud Teymurun və digər şairlərin kitablarından şeirləri bədii qiraət etdilər. Sonda qaliblər diplomlarla mükafatlandırıldı.

Naxçıvan şəhər V.Mahmudov adına 9 nömrəli tam orta məktəbdə 27 aprel 2021-ci il tarixdə “Mütaliə aylığı” ilə bağlı məktəbin direktoru, tərbiyə işləri üzrə direktor müavini, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri, 6 Azərbaycan dili və ədəbiyyat müəllimi, 15 şagirdin iştirakı ilə Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının  müzakirəsi keçirildi. Məktəb direktoru Nazim Rəhimovun  Nizami Gəncəvinin “Dünya ədəbiyyatında böyük siması kimi” mövzusunda, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Aybəniz Aslanovanın Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında ədalətli şah obrazı haqqında, Limu Məmmədovanın isə Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında Nüşabə obrazının təsviri mözusunda çıxışları dinlənildi. Sonda şagirdlər “İsgəndərnamə” poemasından hissələri bəddi qiraət etdilər.

Naxçıvan şəhər Ə.Sultanlı adına 10 nömrəli tam orta məktəbdə 29 aprel 2021-ci il tarixdə IV sinif şağırdləri arasında vətənpərvərlik və milli qəhrəmanlarımız mövzusunda inşa yazı, 30 aprel 2021-ci il tarixdə isə “Oxunması zəruri olan kitablar”ın siyahısında yer alan “Kitabi Dədə Qorqud” dastanının təhlili keçilmişdir.

28 aprel 2021-ci il tarixdə Naxçıvan şəhər A.Nəzərləriyev adına 16 nömrəli tam orta məktəbin kitabxanasında III,V,VIII,IX sinif şagirdlərinin iştirakı ilə C.Cabbarlının yaradıcılığı və "Sevil" pyesinin şagirdlər tərəfindən səhnələşdirilməsi ilə bağlı tədbir keçirilib. Tədbirin əvvəlində kitabxanaçılar C.Cabbarlının həyat və yaradıcılğı haqqında məlumat vermiş, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri ədibin yaradıcılığında önə çıxan məqamlardan söz açıblar. Tədbirin sonunda “Sevil” pyesi şagirdlər tərəfindən səhnələşdirib.

30 aprel 2021-ci il tarixdə Naxçıvan şəhər M.C.Cəfərov adına 14 nömrəli tam orta məktəbdə "Mütaliə aylığı" ilə bağlı “Oxunması zəruri olan kitablar” siyahısına daxil olan Nikolay Ostrovskinin “Polad necə bərkidi" kitabının mütaliəsi və müzakirəsi təşkil olunub. Müzakirə zamanı müəllim və  şagirdlər əsərin fəsillərinin qısa məzmununu danışaraq qeyd etmişlər ki, “ Polad necə bərkidi” romanında müəllif  Pavel Korçaginin düşdüyü bütün çətin vəziyyətlərə baxmayaraq, Pavel var qüvvəsini toplayaraq işləyir, yazıb-yaradır, ölümə qalib gəlir.

Eyni tarixdə məktəbdə görkəmli maarifçi və tanınmış yaradıcı şəxsiyyət kimi Azərbaycan ədəbiyyatının və ictimai fikirinin inkişafında mühüm yer tutan Məhəmməd Tağı Sidqinin  “Həyatı və Ədəbi-Pedaqoji Fəaliyyəti” mövzusunda VIII-IX sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilib. Müsabiqədə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərindən ibarət münsiflər heyəti yaradılmışdır. Sonda inşanın nəticələri yoxlanaraq  qiymətləndirilib qalib gələn şagirdlər məktəb rəhbəri tərəfindən diplomla təltif  edildi.

30 aprel 2021-ci il tarixdə Naxçıvan şəhər C.Məmmədquluzadə adına 2 nömrəli tam orta məktəbdə “Kitabi-Dədə Qorqud dastanındakı obrazların təhlili və müzakirəsi” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Tutu Ruhulla qızı “Dədə Qorqud” dastanı haqqında məlumat verdi, VII sinfin şagirdləri tərəfindən “Dədə Qorqud” dastanındakı obrazlardan parçalar səhnələşdirildi.

30 aprel 2021-ci il tarixdə Naxçıvan şəhər A.Cəlilov adına 12 nömrəli tam orta məktəbdə N.Gəncəvinin “Sirlər xəzinəsi” poemasının VIIIb sinif şagirdləri arasında müzakirəsi keçirildi. Müzakirənin əvvəlində məktəbin tərbiyə işləri üzrə direktor müavini Mirzəyeva Pərvin dahi şairin həyat və yaradıcılığı haqqında, uşaq birliyi təkilatı rəhbəri Abbasova Sara “Nizami əsərlərinin şagirdlərin məvəvi tərbyəsində rolu” mövzusunda çıxışları dinlənildi. Sonda şagirdlər tərəfindən poemadan əsərlər səhnələşdirildi.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg