• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün34
mod_vvisit_counterDünən2214
mod_vvisit_counterBu həftə34
mod_vvisit_counterBu ay45229
mod_vvisit_counterÜmumi2512494

Tarix: 28 Apr., 2024

Atletikanın yadro itələmə, nizə atma və qaçış növləri üzrə Naxçıvan şəhər birinciliyi keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Muxtar Respublika Stadionunda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan və qız atletləri arasında atletikanın yadro itələmə, nizə atma və qaçış növləri üzrə şəhər birincilikləri keçirilib.

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Naxçıvan şəhər bölməsi, Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi birincilikdə 13 ümumtəhsil məktəbi üzrə 130 idmançı (hər komandadan 5 oğlan, 5 qız) iştirak edib. Tədbirdə çıxış edənlər yarışın keçirilmə məqsədi və qaydaları haqqında idmançılara geniş məlumat verib və atletlərə uğurlar arzulayıblar.

Birinciliyin şərtlərinə görə, yadro itələmə növündə idmançılar yadronu diametri 213,5 sm olan məhdudlanmış çevrə içərisindən meydanın nişanlanmış bölməsinə tullayıblar. Şəxsi xarakter daşıyan birinciyin yekununa əsasən qızlar arasında Əfsanə Babayeva, oğlanlar arasında Əkbər Qənbərli I yerə layiq görülüblər.

Nizə atma növündə isə idmançılar 8-12 metr qaçaraq sürət götürüb, nizəni meydanın nişanlanmış bölməsinə tullayıblar. Şəxsi xarakter daşıyan birinciliyin yekununa əsasən qızlar arasında Günayə Həsənova, oğlanlar arasında isə İsmayıl Orucov I yerə layiq görülüblər.

Qaçış növü üzrə yekun nəticələrə gəldikdə isə qızlar arasında Zeynəb Müslümova 100 metr, Elmira Əlizadə 200 metr, Ülviyyə Hüseynli 400 metr məsafədə, oğlanlar arasında isə Elvin Əliyev 100 metr, Allahverdi Məmmədov 200 metr, Əliabbas Səfərov isə 400 metr məsafədə I yerə layiq görülüb.

Komanda hesabında isə 15 nömrəli tam orta məktəbin komandası I yerə, 16 nömrəli tam orta məktəbin komandası II yerə, 9 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb.

Sonda yer tutan komanda və idmançılara təşkilatçıların diplom və kuboku təqdim olunub.

Ülviyyə HACIYEVA


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg