• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1638
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5974
mod_vvisit_counterBu ay34352
mod_vvisit_counterÜmumi2464841

Tarix: 29 Mart, 2024

“9 May – Qələbə Günü”nə həsr edilmiş “Qəhrəmanlar unudulmur” mövzusunda rəsm müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə mayın 7-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvləri arasında “9 May – Qələbə Günü”nün 76-cı ildönümünə həsr edilmiş “Qəhrəmanlar unudulmur” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqənin əsas məqsədi məktəblilər arasında vətənpərvərlik hisslərinin təbliği, vətənə sevgi və sədaqət hisslərini aşılamaq, həmçinin müsabiqə vasitəsilə milli qəhrəmanlarımız və şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu haqqında şagirdləri məlumatlandırmaqdır.

Tədbirdə çıxış edən Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev bildiriblər ki, Azərbaycan tarix boyu yetişdirdiyi qəhrəmanları ilə hər zaman tanınıb. Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. Xüsusən, xalqımızın İkinci dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti, bizi Böyük Qələbəyə - torpaqlarımızı işğaldan azad etməyə səsləmişdir. Bu mənada xalqımızın Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında yazdığı qəhrəmanlıq salnaməsi bugünkü nəsil üçün əsl mənəviyyat dərsidir. Azərbaycan övladlarının İkinci dünya müharibəsində göstərdikləri qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Bu gün həmin müharibənin iştirakçısı olan insanlara göstərilən böyük diqqət və qayğı isə mənəvi dəyərlərimizə bağlılığın, xalqın qəhrəmanlıq salnaməsinə dərin ehtiramın bariz təcəssümüdür.

Qeyd edilib ki, muxtar respublikamızda gənclərimiz arasında ruh yüksəkliyi, Vətənə məhəbbət hissi güclüdür. Vətən borcu, Vətən sevgisi hər kəsin ürəyində olmalıdır. Bu sevgi məhz məktəbdə aşılanmalıdır. 44 günlük II Qarabağ müharibəsində şanlı ordumuzun uğurlu əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımız düşməndən azad edilmişdir. Vətən uğrunda gedən döyüşlərdə naxçıvanlı igidlər yorulmaq bilmədən məharətlə vuruşmuş, öz igidlikləri ilə xüsusilə seçilmiş, əsl qəhrəmanlıq dastanı yazmışlar. Müasir gəncliyin daim özünə nümunə götürdüyü Azərbaycanın torpaqları və bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsi daim bir həyat tarixçəsi kimi yaddaşlarda qalacaqdır.

Sonra şagirdlər çəkdikləri rəsmlərdə mövzu ilə əlaqədar öz təəssüratlarını paylaşıblar. Ümumtəhsil məktəbləri və məktəbdənkənar tərbiyə müəssisələri üzrə mumilikdə 24 şagirdin iştirak etdiyi müsabiqənin sonunda münsiflər heyətinin qərarı əsasında qaliblər müəyyənləşib. Beləliklə 1 şagird I, 2 şagird II, 3 şagird III, 6 şagird isə həvəsləndirici yerə layiq görülüb.

Sonda qaliblər diplomla mükafatlandırılıblar.

Qeyd edək ki, bu cür müsabiqələrin, tədbirlərin keçirilməsi yeniyetmə və gənclərin vətənə sədaqət ruhunda böyüməsi, onlarda dövlət və vətən qarşısında vəzifələrinin layiqincə yerinə yetirilməsi sahəsində məsuliyyətlərinin artırılmasında mühüm əhəmiyyət kəsb edir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg