• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün826
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5162
mod_vvisit_counterBu ay33540
mod_vvisit_counterÜmumi2464029

Tarix: 29 Mart, 2024

“Peşə təhsili: reallıqlar və perspektivlər” mövzusunda seminar keçirilib

Mayın 7-də NaxçıvanTexniki Peşə və Sürücülük Məktəbində“Peşə təhsili: reallıqlar və perspektivlər” mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilin bütün pillələrinə, eləcə də peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısından və yaradılan şəraitdən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin ildən­iləgenişləndirilməsi, yeni sənaye, tikinti, xidmət və emal sahələrinin yaradılması əmək bazarında peşə təhsilli kadrlara olan tələbatı da artırmışdır. Ona görə də muxtar respublikada peşə təhsilinin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, ixtisaslı kadr hazırlığının təmin olunması diqqət mərkəzində saxlanılır.

Təhsil naziri bildirib ki, hazırda muxtar respublikada 5 peşə təhsili müəssisəsi fəaliyyət göstərir ki, onlardan 4-ü - Naxçıvan, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəbləri və Naxçıvan Şəhər Peşə Liseyi Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir.Ən müasir maddi-texniki bazaya malik peşə təhsili müəssisələrindəmüdavimlərin təhsili üçün lazımi şərait yaradılmış,kabinə və emalatxanalar əyani vəsaitlərlə təmin edilib. Peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, hazırda peşə təhsili müəssisələri əmək bazarının, o cümlədən işəgötürənlərin tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığını tam şəkildə həyata keçirə bilir.

Qeyd olunub ki, muxtar respublikada müəyyən dövrləri əhatə edən “əhalinin məşğulluğunun artırılması, eləcə də xalçaçılığın, turizmin, arıçılığın inkişafı üzrə Dövlət Proqramları və onların uğurla icrası istiqamətində görülən işlər peşə təhsili müəssisələrində müvafiq peşə ixtisaslarının açılmasına və peşə təhsilinə marağın artmasına öz müsbət təsirini göstərmişdir. Belə ki,təkcə ötən il 106qrup üzrə 1994 nəfər peşə təhsili almış, kursu müvəffəqiyyətlə başa vuran müdavimlər müvafiq sertifikatla təmin olunmuşlar.

Rəhman Məmmədov bildirib ki, muxtar respublikada peşə təhsili müəssisələrində maddi-texniki bazanın yaxşılaşdırılması ilə yanaşı tədrisin təşkili,peşəməktəblərinin fəaliyyət istiqamətlərinintəkmilləşdirilməsi də diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 19 mart tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti məktəbin nizamnaməsini və ştat strukturunu təsdiq edib. Nazir qeyd edib ki, peşə təhsili sahəsində tətbiq edilən yeniliklərdən biri də əmək bazarının dəyişən tələblərinə müvafiq ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi, işaxtaranların tez bir zamanda peşə təhsili qazanıb əmək fəaliyyətinə başlaması məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4 may 2021-ci il tarixli qərarı ilə peşə təhsili kursları üzrə kadr hazırlığı aparılan 47 ixtisasdan 26-nın tədris müddətində dəyişikliklər edilmiş, yeni tədris planı təsdiq edilmişdir.Bu sahədə həyata keçirilən tədbirlər gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların ixtisaslı kadrlarla təminatına öz müsbət təsirini göstərəcəkdir.

Sonra peşə təhsili müəssisələrinin fəaliyyəti və görülən işlərə dair müzakirələr aparılıb, çıxışlar dinlənilib. Naxçıvan Şəhər Peşə Liseyinin direktoru Sona Əliyeva, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Rəfail Abdullayev, Şərur Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Vəfadar Ələkbərov, Ordubad Texniki Peşə və Sürcülük Məktəbinin direktoru Nicat Rzayev çıxış edərək peşə məktəblərində kadr hazırlığı, peşə təhsilinin vəziyyəti ilə bağlı məlumat veriblər.

Sonda Təhsil naziri peşə təhsili müəssisələrində fəaliyyətin müasir tələblər səviyyəsində qurulması, kursların təşkili zamanı fənlərin tədrisinə ixtisaslı kadrların cəlb edilməsi, metodiki və praktiki hazırlığın yüksək səviyyədə təşkili, təhsil müəssisələrində çalışan işçilərin müvafiq ixtisasartırma və peşə ixtisas kurslarına cəlbi,təqaüdlərin düzgün hesablanması, xidmət sahələri, sahibkarlıq subyektləri ilə müqavilələrin bağlanması, məktəbin maddi-texniki bazasının və təhsil infrastrukturunun saxlanılması ilə bağlı təhsil müəssisələrin rəhbərlərinə tapşırıqlar verib.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg