• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün608
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə9871
mod_vvisit_counterBu ay42203
mod_vvisit_counterÜmumi2509468

Tarix: 26 Apr., 2024

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”nin müzakirəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”a daxil edilən “Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”nin müzakirəsi keçirilib.

Muxtar respublika ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında aparılan müzakirədə bildirilib ki, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” özündə bütün azərbaycanlılar üçün əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji hadisələri əhatə edir. Bu mənada həmin müraciətdəki mühüm məqamlarla tanış olmaq, öyrənmək hər birimiz üçün vacibdir. Bu müraciətdə milli tariximizin bütün dövr və mərhələlərinə yüksək peşəkarlıqla qiymət verilib, geridə qalan əsrlərdə baş vermiş ictimai-siyasi proseslər barədə obyektiv mülahizələr səsləndirilib və gələcək inkişaf yolları müəyyənləşdirilib.

Diqqətə çatırlıb ki, elmi ədəbiyyatda qısaca olaraq “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adı ilə təqdim olunan həmin müraciət xalqımızı böyük Azərbaycan intibahına çağıran sənəd kimi dəyərləndirilir. Müraciətdə milli tariximizin bütün dövrləri kimi, ötən əsrin 90-cı illərinin əvvəlləri də çox incə detallarına qədər təhlil edilir.

Vurğulanıb ki, dahi rəhbər Heydər Əliyev Azərbaycan xalqının yüz ildən sonra, gələcək əsrləri əhatə edən elə bir inkişafına və intibahına zəmin yaratmaq istəyirdi ki, həmin dövrlərdə yaşayacaq nəsillər üçün heç bir problem qalmasın. Bu böyük arzunun reallaşdırılması üçün yalnız və yalnız bugünkü müstəqil Azərbaycan dövlətini qüdrətləndirmək lazım idi. “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı irihəcmli müraciət də məhz həmin arzudan, istəkdən qaynaqlanırdı. Ona görə də ulu öndər Heydər Əliyev irsini dərindən öyrənilməsi, xüsusən “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı müraciətlə tanışlıq gənc və yeniyetmələrin milli dövlətçilik, vətənpərvərlik ruhunda böyüməsində əsaslı rol oynayır.

Müzakirədə gənc müəllimlər fəallıq göstərib.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg