• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün671
mod_vvisit_counterDünən2947
mod_vvisit_counterBu həftə8260
mod_vvisit_counterBu ay4321
mod_vvisit_counterÜmumi2521137

Tarix: 03 May, 2024

Babək rayon ümumtəhsil məktəbləri arasında tenis, voleybol, mini futbol və suni divara dırmanma idman növləri üzrə yarışlar keçirilib

Babək rayon ümumtəhsil məktəbləri arasında tenis, voleybol, mini futbol və suni divara dırmanma idman növləri üzrə yarışlar keçirilib.

Babək Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında stolüstü tennis turniri keçirilib. 15 şagirdin iştirak etdiyi yarış olimpiya sistemi üzrə (uduzan çıxır) və şəxsi birincilik əsasında keçirilib. Rəqiblərin püşkatma yolu ilə müəyyənləşdirildiyi yarışda Məhəmməd İsmayılov I, Cahangir Babayev II, Abbas Xəlilov isə III yerə layiq görülüb. Qaliblər diplom və müxtəlif hədiyələrlə təltif olunublar.

Həmçinin Babək Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin 16 yaşdan yuxarı oğlan idmançıları arasında süni divara dırmanma idman yarışının rayon mərhələsi keçirilib. Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təyin etdiyi hakimlərin dəyərləndirməsinə əsasən Musa Abdullayeva I, Mikayıl Məhərrəmli II, Cavid Cəfərov isə III yerə layiq görülüb. Qaliblər təşkilatçılar tərəfindən diplom və müxtəlif hədiyələrlə mükafatlandırılıb və muxtar respublika turunda iştirak etmək hüququ qazanıblar.

Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Babək Rayon Bölməsinin birgə rəhbərliyi ilə ümumtəhsil məktəbləri arasında mini futbol üzrə rayon birinciliyi keçirilib. Çeşməbasar kənd tam orta məktəbin süni örtüklü mini-futbol meydançasında keçirilən yarışda rayon üzrə on məktəb komandası iştirak edib. Nəticələrə görə Xalxal kənd tam orta məktəbin komandası I, Güznüt kənd tam orta məktəbin komandası II, Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Qaliblər diplom və kuboklarla mükafatlandırılıblar.

Naxçıvan şəhər 9 Nömrəli tam orta məktəbin süni örtüklü mini-futbol meydançasında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə Naxçıvan şəhər və Babək rayon ümumtəhsil məktəblərində Fiziki tərbiyə dərslərini tədris edən müəllimlər arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib. Naxçıvan Şəhər və Babək Rayon Təhsil Şöbələrinin, Gənclər və İdman idarələrinin birgə təşkil etdiyi görüş 3:0 hesabı ilə Naxçıvan komandasının qalibiyyəti ilə nəticələnib. Oyunun sonunda hər iki komandanın iştirakçıları təşkilatçılar tərəfindən diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg