• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün408
mod_vvisit_counterDünən2947
mod_vvisit_counterBu həftə7997
mod_vvisit_counterBu ay4058
mod_vvisit_counterÜmumi2520874

Tarix: 03 May, 2024

“18 may Beynəlxalq Muzeylər Günü”ilə əlaqədar muzeylərə Ekskursiya təşkil olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə şagirdlərin milli-mədəni irsimizlə vəzəngin tarixi keçmişimizlə, maddi-mədəniyyət nümunələri ilə tanış edilməsi, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsi və təbliği diqqətdə saxlanılır və bu istiqamətdə bir sıra tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq “18 may - Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksinə, Xan Sarayı Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyası təşkil olunub.

Ekskursiyada muzey bələdçisi şagirdlərə “18 may - Beynəlxalq Muzeylər Günü” ilə bağlı geniş məlumat verib. Bildirilib ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuşdur. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi cəmiyyətin həyatında  muzeylərin  nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyanın 100-dən artıq ölkəsində qeyd edilir.Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də hər il Beynəlxalq Muzeylər Günü qeyd edilir.

Qeyd olunub ki, hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir ki, onun 29-umuxtar respublika ərazisində yerləşir.Muxtar respublikada muzeylərin şəbəkəsinin genişləndirilməsi zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol  oynayır. Ümumilikdə bu gün muxtar respublikanın muzeylərində 115 mindən çox maddi-mədəniyyət nümunəsi qorunub mühafizə olunur.

Daha sonra şagirdlər muzeyigəzərək milli mədəniyyət və tarixi haqqında məlumatlarını daha da zənginləşdiriblər. Ekskursiya zamanı şagirdlərə ölkə əhəmiyyətli memarlıq abidələri və eksponatlar barədə ətraflı məlumat verilib. Şagirdlər xüsusi istifadə olunan məişət, əşya və geyim nümunələri, foto və sənət əsərləri ilə tanış olub, muzeylərin kolleksiya fonduna tamaşa ediblər.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg