• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1956
mod_vvisit_counterDünən963
mod_vvisit_counterBu həftə3969
mod_vvisit_counterBu ay17737
mod_vvisit_counterÜmumi2534553

Tarix: 15 May, 2024

Şahmat üzrə növbəti interaktiv dərs baş tutub

Mayın 17-də Naxçıvan Şahmat Mərkəzində növbəti interaktiv dərs keçirilib.

Dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, Şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub.

Debütdən sonra oynamaq şahmata yeni başlayanlar üçün çətin olur. Buna görə də şagirdlər üçün keçirilən interaktiv dərs “Debütdən sonra necə oynamaq lazımdır” mövzusunda olub. Urfan Sevdimalıyev tərəfindən aparılan dərsdə şagirdlərə plan seçmək, yaxşı sonluğa keçmək qaydaları izah olunub.

Ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilən interaktiv dərsi Bakıdan dəvət olunmuş beynəlxalq usta, qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının kapitanı Fikrət Sideifzadə aparıb. Dərsdə müəllimləri maraqlandıran suallar ətrafında geniş izah verilib, xüsusilə yarış keçirmək qaydaları haqqında söhbət aparılıb.

Bununla yanaşı saat 15:00-da Şahmat məktəbləri ilə keçirilən interaktiv dərsi də Urfan Sevdimalıyev keçib. Bildirilib ki, geniş tətbiq edilən debütlərdən biri də fransız müdafiəsi debütüdür. Fransız müdafiəsi yarımaçıq debütdür. Bu oyunda qaralar debütü tətbiq edir və özü üçün müdafiə yaratmağa çalışır. Dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib, şahmatçıları maraqlandıran suallar cavablandırılıb.

İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg