• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün553
mod_vvisit_counterDünən1622
mod_vvisit_counterBu həftə4492
mod_vvisit_counterBu ay553
mod_vvisit_counterÜmumi2517369

Tarix: 01 May, 2024

“Xəmsə” Milli İntellektual oyununun final mərhələsi keçirilib

Mayın 19-da Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda Naxçıvan Muxtar Respublikası Təhsil və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəbliləri arasında “Xəmsə” Milli İntellektual oyununun final mərhələsi keçirilib.

Bu mərhələdə Şəhər və Rayon Təhsil şöbələrinin hər birindən bir qalib komanda iştirak edib. Yarış hər mərhələdə dörd komanda olmaqla iki mərhələdə təşkil olunub. Yarışın birinci mərhələsində Naxçıvan şəhər 5 nömrəli, Şərur rayon Danyeri, Culfa rayon Ərəzin və Kəngərli rayon Yurdçu kənd tam orta məktəblərinin komandaları, ikinci mərhələdə isə Babək rayon Yarımca, Ordubad rayon Aza, Şahbuz rayon Sələsüz və Sədərək rayon Dəmirçi kənd tam orta məktəblərinin komandaları yarışıb.

Beləliklə, ümumtəhsil məktəbliləri arasında keçirilən “Xəmsə” Milli İntellektual oyununun yekun nəticələrinə görə, birinci mərhələdə Culfa və Kəngərli məktəblilərinin hər biri 1900, ikinci mərhələdə isə Şahbuz məktəbliləri 1700, Ordubad məktəbliləri isə 2400 xalla finala vəsiqə qazanıblar. Final mərhələsində isə Kəngərli məktəbliləri 6000 xalla birinci, Culfa məktəbliləri 2800 xalla ikinci, Şahbuz məktəbliləri isə 1200 xalla üçüncü yerə layiq görülüb.

Yekunda Təhsil və Gənclər və İdman nazirliklərinin əməkdaşları çıxış edərək qalibləri təbrik edib, onları fərdi və komanda şəklində təşkilatçıların diplom, hədiyyə və kubokları ilə mükafatlandırıblar.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg