Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yol hərəkəti qaydalarının təbliği məqsədilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin komandaları arasında “Nə? Harada? Nə Zaman?” İntellektual Oyunu keçirilib. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Polis İdarəsinin Dövlət Yol Patrul Xidməti Bölüyünün birgə təşkilatçılığı ilə keçirilən oyunda 17 komanda mübarizə aparıb.
Yarışda şagirdlərə cavablandırmaları üçün yol hərəkəti qaydalarına aid 24 sual səsləndirilib. İntellektual Oyunun yekununa əsasən 17 nömrəli tam orta məktəbin komandası 20 xalla I yerin, 11 nömrəli tam orta məktəbin komandası 19 xalla II yerin, 8 nömrəli tam orta məktəbin komandası isə 18 xalla III yerin sahibi olub. Sonda qalib komanda və komanda üzvlərinə təşkilatçıların diplomları təqdim olunub.