• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2
mod_vvisit_counterDünən1067
mod_vvisit_counterBu həftə3079
mod_vvisit_counterBu ay9303
mod_vvisit_counterÜmumi2526119

Tarix: 08 May, 2024

“Dram” dərnəyində qısa müddətdə 3 tamaşa səhnələşdirilib

Muxtar respublikada bütün sahələr kimi, təhsilin inkişafı da dövlət qayğısı ilə əhatə olunmuşdur. Məktəbdənkənar tərbiyə müəssisələri də təhsil sisteminin ayrılmaz tərkib hissəsi olub öz işini bu yöndə uğurla davam etdirir.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində uşaqların, gənclərin bacarıq və yaradıcılıq qabiliyyətini üzə çıxarmaqla yanaşı inkişaf etdirmək üçün bir sıra işlər görülür. Yaradıcılıq qabiliyyəti, incəsənətə, idmana, texnikaya marağı olan uşaqlar məktəblərdən valideyni tərəfindən Mərkəzə müraciət edərək öz ərizələri əsasında maraqları üzrə dərnəklərə üzv qəbul olunurlar. Bununla yanaşı mərkəzin əməkdaşları və dərnək rəhbərləri ümumtəhsil müəssisələrinə gedərək orada uşaqlar üçün dərnəkləri biləvasitə özündə əks etdirən tanıtım videoları nümayiş etdirir və sinif otaqlarında uşaqlarla söhbətlər aparırlar. Buna baxmayaraq müasir informasiya mərkəzi olan sosial şəbəkədə Mərkəzin “yaradıcılıq.merkezi” instaqram səhifəsi də fəaliyyət göstərir ki, bu da uşaqların Mərkəz haqqında geniş məlumat toplamalarına imkan yaradır.

2019-2020-ci tədris ilindən etibarən Mərkəzdə 14 yeni innovativ dərnək yaradılıb ki, bu da yeniyetmə nəslin istək və maraqlarını əhatə edir. 2021-ildə isə Mərkəzdə hər cür müasir avadanlıqlarla təchiz olunan STEAM kabinəsi yaradılmış və şagirdlərin böyük marağına səbəb olmuşdur.

Hazırda Mərkəzdə 5 şöbədə 44 adda dərnək fəaliyyət göstərir. Bu dərnəklərin fəaliyəti ilə bağlı baza yaradılmış, otaqlar hər cür avadanlıqlarla -internet şəbəkəsinə qoşulmuş kompüter, elektron lövhələr və digər zəruri avadanlıqlarla təmin olunmuşdur. Dərnəklər öz profilinə uyğun tədris olunur. Mərkəzdə yaradılan bütün dərnəklər uşaqların həyatında böyük rol oynayır.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yaradıcı dərnəklərlə yanaşı elmi dərnəklər də fəaliyyət göstərir. İnnovativ dərnəklərdən biri sayılan “Kütləvi tədbirlər “şöbəsinin tərkibində artıq iki ildir ki, fəaliyyətə başlayan dərnəklərdən biri də “Dram” dərnəyidir.

“Dram” yunan sözü olub səhnədə “Hərəkət” deməkdir. Mətnlərdə təyin olunmuş rollar üçün ümumi bir termindir. Bu dərnək Mərkəzimizdə yarandığı dövrdən öz işini böyük bir uğurla davam etdirir.

“Dram” dərnəyinə şagirdlərin marağı böyükdür. Şagirdlər bu dərnəyə cəlb edilərkən onların müəyyən aktyorluq istedadı, səs diopozonu, müəyyən yaradıcılıq qabiliyyəti, hətta hərəkət, yeriş və mimika kimi vacib olan bacarıqları nəzərə alınır. Şagirdlərlə işləmək nə qədər maraqlı olsa da, bir o qədər də məsuliyyətlidir. Şagirdlərə məşğələ zamanı tamaşada personajın səhnədə xarici görkəmini yaratmaqla yanaşı, həm də öhdəsinə götürdüyü obrazın mənəvi dünyasını, onun xasiyyət və həyəcanlarını da göstərmək bacarığı öyrədilir. Eyni zamanda həm səhnədə işləyir, tamşalar hazırlayır, həm də bununla yanaşı uşaqlarda oxu və mütaliyə vərdişlərini inkişaf etdirməyə çalışırıq.

Dərnəyimizdə Azərbaycan və dünya ədəbiyyatına, şifahi xalq ədəbiyyatına, klassik və müasir ədəbiyyata həmçinin “Oxunması zəruri olan kitabların siyahıs”na daxil edilən əsərlərə müraciət edir, dərnək üzvlərinin maraq və bacarıqlarının, intellektual səviyyələrinin yüksəlməsinə köməklik göstəririk. Eyni zamanda “Dram” dərnəyi şagirdlərdə müstəqil bir fikir yaradaraq gələcəyə ümidlə baxmaqlarına və özlərinə inanaraq bu yolda inamla addımlamaqlarına stimul verir.

Dərnəyin hər qrupda 12 olmaqla, 24 üzvü var. Dərnək üzvləri bacarıqlı, istedadlı, eyni zamanda vətənpərvər şagirdlərdir. 2019-2020-ci tədris ilindən etibarən tamaşaçılara təqdim etdiyimiz və böyük maraqla qarşılanan tamaşalar onu deməyə əsas verir ki, dərnək öz fəaliyyətini uğurla davam etdirir.

Dərnək üzvləri ilə birlikdə təqdim edilən ilk səhnə mənim ssenarim əsasında səhnələşdirilən vətənpərvərlik mövzusunda “Zəfər bizimlədir” adlı tamaşa oldu. Mən bu səhnəciyi düşünüb yazarkən Vətən müharibəsi davam edirdi. Düzdür zəfər çalacağımıza əmindim, lakin hələ heç nə dəqiq deyildi, öz fikirlərimi bir yuxu kimi qələmə aldım. Tamaşamızın təqdim olunmağı o qədər gözəl bir vaxta təsadüf olundu ki, biz bu tədbirlə birlikdə əsl zəfər sevincini yaşadıq çünki baş verən hadisələrin əksəriyyəti bu səhnədə tam əksini tapmışdır.

İkinci böyük və maraqlı tamaşamız isə bir Azərbaycan vətəndaşı kimi məni sevindirən və bu mövzuda dərnək üzvləri üçün səhnələr düşünməyə ruhlandıran Qələbə sevinci ilə ssenarisini qələmə aldığım “Azərbaycanın tarix yazanları və bu tarixin şahidləri” adlı tamaşa oldu. Bir tamaşa adı altında yeddi səhnəcik hazırladıq. Burada Azərbaycana aid olan ən dəyərli varlıqlar öz əksini tapdı. Onun tarix yazanları, yəni Azərbaycanın öz obrazı, bayrağı, ordusu, əsgəri, şəhidi, torpağı və bu tarixin şahidləri-xalqı, şəhid anası, əsgər anası, Azərbaycan qadını, Azərbaycan dili, sevgisi, təbiəti, nəğməsi, hətta Şuşanın simvolu olan Xari bülbül də öz mənalı sözləri ilə dərnək üzvlərinin iştirakında səhnələşdirildi. Onlar bu obrazların öhdəsindən layiqincə gələrək bir müəllim kimi məni çox qürurlandırdılar.

Bu tamaşaya baxmaq bir vətənpərvər kimi məktəblilər tərəfindən böyük marağa və alqışa səbəb oldu. Eyni zamnda televiziya tərəfindən fəaliyyətimiz işıqlandırıldı.

Növbəti tamaşamıza Azərbaycan ədəbiyyatıının görkəmli nümayəndəsi Hüseyn Cavidin “Ana” dramı əsərinə müraciət edərək başladıq. Böyük həvəslə hazırladığımız bu tamaşa ilə biz “Məktəblilərin dram müsabiqəsi”ndə iştirak etdik və məktəbdənkənar tərbiyə müəssisələri arasında uğur qazanaraq ikinci yerə layiq görüldük.

Aprel ayının 13-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Ana” dramı və vətənpərvərlik mövzusunu əhatə edən öz fikirlərimlə ssenarisini hazırlayıb dərnək üzvləri ilə birlikdə səhnələşdirdiyimiz “Ana mən şəhid oldum” və “Azərbaycan qazisi” adlı səhnəcikləri məktəblilərə təqdim etdik. Tamaşaya qoyduğumuz hər üç səhnə böyük marağa və alqışa səbəb oldu.

“Dram” dərnəyinin keçdiyi bu qısa yolda qazandığı böyük uğurlar bu dərnəyin rəhbəri kimi məni çox sevindirir. Çünki, qazandığımız hər uğurda, atdığımız hər addımda əvəzi olmayan iş və əziyyət var.

Düşünürəm ki, əgər bir insan öz işini sevərsə, daha da məsuliyyətli olarsa, o zaman o seçiləcək və uğur qazanacaqdır!

Təranə Mirzəyeva

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq

Mərkəzinin “Dram” dərnəyinin rəhbəri


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg