• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün178
mod_vvisit_counterDünən1067
mod_vvisit_counterBu həftə1866
mod_vvisit_counterBu ay9479
mod_vvisit_counterÜmumi2526295

Tarix: 08 May, 2024

Yeni innovativ dərnəklər üzrə kurslar davam edir

2019-2020-ci tədris ilindən etibarən verilmiş tapşırığa əsasən məktəbdənkənar təhsil müəssisələrində “İnnovativ dərnəklər” layihəsi tətbiq edilir. Yeni innovativ dərnəklərin yaradılması uşaqların asudə vaxtlarının səmərəli təşkili və intellektual inkişafı, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi, milli dəyərlər zəminində tərbiyələri üçün zəruri şərait yaradır. İlk dəfə  Heydər Əliyev Uşaq-Gənclər Yaradılıcıq Mərkəzindən başlanılan “İnnovativ dərnəklər” layihəsi artıq Şərur, Culfa, Ordubad rayon məktəbdənkənar təhsil müəssisələrində də yaradılmışdır. Yeni innovativ dərnəklərin tədrisi üçün Təhsil Nazirliyi tərəfindən 2019-cu ildən innovativ dərnəklər üzrə kurslara başlanılmışdır.

Belə ki, yeni innovativ dərnəklərdən Mental aritmetika kursu üzrə bugünədək 40 müəllim təlimə cəlb edilib. Hazırda davam edən kurs həftədə        3 gün olmaqla, mayın 17-dən  başlamış iyunun 14-dək davam edəcək. Kurs zamanı təhsil alan müəllimlərə zehni hesablama üsulları, ümumi məntiq, hər hansı bir kalkulyator və ya fiziki əməliyyat olmadan riyaziyyatın 4 sadə hesab əməlini ilkin olaraq abaküsdə, daha sonrakı dərslərdə isə zehni yolla yerinə yetirilməsi mənimsədilir. Mental aritmetika təcrübələri abaküsün köməyi ilə başlanır. Həmçinin kursda müəllimlərə abaküsdə iki əl ilə say və vahidləri, mental aritmetika dərsliklərində tək və cüt rəqəmlərin zehni yolla toplama, çıxma, vurma, bölmə əməllərindən istifadə edərək ən azı 1, ən çoxu 10 saniyə ilə yerinə yetirilməsi öyrədilir. Eyni zamanda kursda müəllimlər Flash Anzan və digər elektron proqramlarda da bu əməliyyatları yerinə yerinə yetirməyi öyrənirlər.

Qeyd edək ki, kursu başa vuracaq müəllimlərin ümumtəhsil məktəblərində mental aritmetikanı dərsdənkənar məşğələ kimi tədris etməsi nəzərdə tutulur. Bu da məktəblərdə şagirdlərin əqli riyaziyyat və yaddaş, qavrama, xəyal gücünü, məntiqi düşünmə bacarığını, toxunaraq öyrənməyi, riyazi hesablamaların zehində sürətli aparılmasını inkişaf etdirməyə, onlarda fənlərin daha asan öyrənilməsinə, mövzunu və məsələni həll etmək metodikasının daha yaxşı mənimsənilməsinə köməklik göstərəcək.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg