• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün26
mod_vvisit_counterDünən558
mod_vvisit_counterBu həftə3661
mod_vvisit_counterBu ay9885
mod_vvisit_counterÜmumi2526701

Tarix: 09 May, 2024

Muxtar respublikada ilk dəfə olaraq şagirdlərin Robotexnika və STEAM layihələrinin texnosərgisi keçirilib

Mayın 25-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində muxtar respublikada ilk dəfə olaraq şagirdlərin Robotexnika dərnəklərində və STEAM təlim metodu əsasında hazırladıqları layihələrin texnosərgisi keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-cu ildən məktəbdənkənar təhsil müəssisələrində Robotexnika dərnəklərinin fəaliyyətinə, 2020-2021-ci tədris ilindən isə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təlim metodunun tətbiqinə başlanılmışdır.

Bu məqsədlə ötən müddət ərzində Heydər Əliyev adına tam orta məktəbdə “STEAM Tədris Mərkəzi”, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə, Ordubad və Culfa rayonunda yerləşən məktəbdənkənar təhsil müəssisələrində Robotexnika və STEAM otaqları, Şərur rayonunda yerləşən məktəbdənkənar təhsil müəssisəsində Robotexnika dərnəyi, Heydər Əliyev adına Hərbi Liseydə və 9 ümumtəhsil məktəbində STEAM kabinələri yaradılmışdır. Kabinələr mebel və tədris avadanlıqları, kompüter, elektron lövhə, Lego və 3D printerlərlə təchiz olunmuşdur. Ötən dövrdə təlimə aid metodik vəsaitlər və tədris proqramları çap edilərək istifadəyə verilmişdir. Hazırda 2021-2022-ci tədris ilindən STEAM təlim metodu tətbiq ediləcək 38 məktəbdə kabinələrin yaradılması istiqamətində işlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsində növbəti tədris ilində layihə muxtar respublika üzrə 50 ümumtəhsil məktəbində 6 və 7-ci sinif şagirdləri olmaqla 273 sinif və 5035 şagirdi əhatə edəcəkdir.

Vurğulanıb ki, STEAM-in tətbiqi təkcə kabinələrin yaradılması və tədris materiallarının çap olunması ilə yekunlaşmayıb. Belə ki, bu sahədə kadrların hazırlanması diqqətdə saxlanılmış, STEAM təhsilinin tətbiqində yaxından iştirak edəcək, STEAM dərslərini tədris etməsi üçün müəllim-mütəxəssislərin hazırlanması məqsədilə mütəmadı olaraq ixtisasartırma təlimləri keçirilmişdir. Bu günə qədər 80 müəllimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, 150 müəllimə isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM təlimləri keçirilib. Bunlarla yanaşı STEAM Tədris Mərkəzində STEAM təlim metodunun tətbiqinin öyrədilməsi məqsədilə ali təhsil müəssisələrinin pedaqoji profilli ixtisaslarında təhsil alan tələbələrə də seminarlar keçirilmişdir.

Təhsil naziri qeyd edib ki, təhsilə göstərilən dövlət qayğısının və yaradılan şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada ilk dəfə olaraq şagirdlərin Robotexnika dərnəklərində və STEAM təlim metodu əsasında hazırladıqları layihələrin texnosərgisi keçirilir. Bildirilib ki, şagirdlərin sərbəst təşəbbüsü və ideyası üzərində qurulan layihələrdən ibarət texnosərgiyə hazırlıq işləri aparılmış, hazırda sərgidə Təhsil Nazirliyinin tabeliyində olan 40 təhsil müəssisəsindən 105 şagirdin hazırladığı 111 ixtiraçılıq və tədqiqatçılıq modelləri nümayiş olunur.

Nazir texnosərginin əhəmiyyəti ilə bağlı bildirmişdir ki, şagirdlərin bilik və bacarıqlarından səmərəli istifadə edərək öyrəndiklərini tətbiq etmək, öz yaradıcılıqlarını müxtəlif fənlər üzərində praktiki yolla qurmaq imkanı yaratmaq məqsədi ilə keçirilən texnosərgi elmi-tədqiqat işinə marağı olan istedadlı şagirdlərin aşkar edilməsinə mühüm töhfə verəcəkdir. Eyni zamanda bilikli və yaradıcı şagirdlərin düşündükləri innovativ ideyaları tətbiq və dizayn etmələri, həmçinin həyata keçirmələri baxımından gələcəkdə də keçiriləcək texnosərgilər üçün bir təcrübə olacaqdır.

Şagirdlərin elmi və texniki fənlərə əsaslanan layihələrin hazırlaması baxımından təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılması və təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti nəzərə alınaraq tədbirdə STEAM təlim metodunun tətbiqi ilə bağlı muxtar respublikanın təhsil müəssisələrində yaradılan şəraitdən, keçirilən təlimlərdən, məktəbdənkənar təhsil müəssisələrindəki Robotexnika dərnəklərinin fəaliyyətindən və STEAM kabinələrin təchiz edildiyi avadanlıqlardan istifadə edərək hazırlanması mümkün olan layihələrdən bəhs edən videoçarx nümayiş olunub.

Sonra şagirdlər hazırladıqları robotexnika, mikro idarəetmə, rəqəmsal elektron və sensor əsaslı müxtəlif mexanik layihələrini təqdim etmişlər.           3D printerlə yaradılan prototiplər və onların funksionallığı, fizikanın müxtəlif qanunları əsasında hazırlanmış layihələr, alternativ enerji mənbələrinin alınmasında və hərbi əməliyyatlarda tətbiq edilə bilən konstruktor işlər və müxtəlif mexanizm modelləri, Leqolardan quraşdırılmış müxtəlif funksiyalı robotlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Texnosərginin yekununda STEAM dərslərinin tədris etməsi üçün müəllim-mütəxəssislərin hazırlanmasında fəal iştirak edən təlimçilərə, layihələrinin əhəmiyyəti baxımından fərqlənən şagirdlərə diplom və qiymətli hədiyyələr təqdim edilmiş, iştirakçılarla xatirə şəkli çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg