• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün220
mod_vvisit_counterDünən1067
mod_vvisit_counterBu həftə1908
mod_vvisit_counterBu ay9521
mod_vvisit_counterÜmumi2526337

Tarix: 08 May, 2024

"Naxçıvan-bəşəriyyətin beşiyi" V Beynəlxalq Rəsm Festivalı iştirakçılarının əsərlərindən ibarət sərgi açılıb

Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan "Naxçıvan-bəşəriyyətin beşiyi" V Beynəlxalq Rəsm Festivalı keçirilib.

Mayın 25-də Naxçıvan şəhərindəki "Saat Meydanı" Turistik İstirahət Mərkəzində festivalda çəkilmiş əsərlərdən ibarət sərgi açılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərginin açılışında iştirak edib.

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək deyib ki, muxtar respublikada rəssamlığın və təsviri sənətin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Ali Məclis Sədrinin Sərəncamı ilə bu il Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd olunur. Ötən dövrdə rəssamlıq sənətinin inkişafı diqqətdə saxlanılıb, ali təhsil ocaqlarında müvafiq ixtisaslar açılıb, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılıb. Rəssamlar Birliyi üçün yeni bina və emalatxana istifadəyə verilib, rəssamlardan 1-i Azərbaycan Respublikasının Xalq rəssamı, 1-i İncəsənət xadimi, 5-i Azərbaycan Respublikasının, 6-sı isə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı fəxri adlarına layiq görülüb. 2012-ci ildən başlayaraq "Naxçıvan-bəşəriyyətin beşiyi" Beynəlxalq Rəsm Festivalına start verilib, 4 beynəlxalq rəsm festivalı keçirilib. Həmin festivallarda, ümumilikdə, 29 ölkədən 172 rəssamın 181 əsəri təqdim olunub. Ülviyyə Həmzəyeva göstərilən yüksək diqqət və qayğıya görə festival iştirakçıları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festival iştirakçılarını salamlayaraq deyib: “Naxçıvan-bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalı ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunub. İki ildən bir keçirilən beynəlxalq rəsm festivalı artıq ənənə halını alıb. Dünyada pandemiyanın yayılması festivalın keçirilməsinə mane olmadı. Əvvəlki festivallarda olduğu kimi builki festivalda xarici ölkələrdən olan rəssamlar birbaşa deyil, öz əsərlərini göndərməklə iştirak ediblər.

"Festivalın keçirilməsi əlamətdar təqvimə təsadüf edir. May ayında böyük şəxsiyyət Heydər Əliyev anadan olub. Eyni zamanda bu ay təbiət oyanır, gözəlləşir", - deyən Ali Məclisin Sədri bildirib ki, təbiətin bu gözəl mövsümü rəssamlar üçün geniş yaradıcılıq imkanları açır. Festivallarda çəkilən əsərlər Naxçıvanın tarixini, təbiətini, müasir inkişafını fərqli yanaşmalarla özündə əks etdirir. Hər festivaldan sonra həmin əsərlərdən ibarət kataloqlar hazırlanıb nəşr etdirilir. Bununla da festivallar tarixə çevrilir. Gələcəkdə həmin kataloqlara nəzər yetirənlər belə bir tədbirin ənənəvi şəkildə keçirildiyini görəcək və bunu davam etdirəcəklər.

Ali Məclisin Sədri festival iştirakçılarına təşəkkür edib, rəssamlara yaradıcılıq uğurları arzulayıb və sərgiyə baxıb.

Bildirilib ki, festivalda ölkəmizin digər bölgələrindən 18,   Naxçıvan Muxtar Respublikasından isə 22 olmaqla, 40 rəssam iştirak edib. Festivalda Türkiyə, İran, Rusiya, Özbəkistan, Türkmənistan və Kosovadan 23 rəssam onlayn şəkildə iştirak edərək Naxçıvana həsr olunan əsərlər çəkiblər. Sərgidə rəssamların festivalda çəkdikləri 44 rəsm əsəri nümayiş olunur.

Rəssamlardan Cavid İsmayılovun "Qayıdış", Eldar Qurbanovun "Festival", Arzu Novruzovun "Zəngəzur dəhlizi", Həbibə Allahverdiyevanın "Həsrət bitdi, Naxçıvan", Səriyyə Əkbərovanın "Güllü-çiçəkli Naxçıvanım", Adil Yusifovun "Dağlar", Hökümə Məmmədlinin "Naxışlar diyarı", Həbib Allahverdiyevin "Şuşa", Ülviyyə Həmzəyevanın "Üçqardaş piri", Nəsrullah Musayevin "Naxçıvan təbiəti", Nailə Əhmədovanın "Naxçıvanın gözəlliyi", Təranə Seyidin "Qoç daşlar", İrina Eldarovanın "Laləli Naxçıvan", Qəhrəman Tağıyevin "Haçadağ", Fikrət Babayevin "Aza körpüsü" digər əsərlər rəssamların zəngin təxəyyülünün və peşəkarlığının ifadəsinə çevrilib.

Rəssamlardan Eldar Qurbanov və İrina Eldarova festivalın yüksək səviyyədə keçirilməsindən məmnunluqlarını bildirib, bundan sonrakı festivallarda da iştirak edəcəklərini qeyd ediblər.

Festivalda 2012-ci ildən etibarən keçirilən “Naxçıvan-bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm festivallarının, Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunan "Yurdumun rəngləri" albom-kataloqları, eləcə də müxtəlif dövrlərdə nəşr olunan "Bəhruz Kəngərli", "İbrahim Səfiyev" albom-kataloqları, rəssam İqbal Həsənəlizadənin Naxçıvan abidələrinin həkk olunduğu "Qoç heykəli" maketi də nümayiş olunub.

Ali Məclisin Sədri festivalda çəkilən əsərlərdən aidiyyəti üzrə muzeylərdə nümayiş etdirilməsi barədə tapşırıqlar verib.

Sonda xatirə şəkli çəkdirilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg