• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün463
mod_vvisit_counterDünən1100
mod_vvisit_counterBu həftə9152
mod_vvisit_counterBu ay5213
mod_vvisit_counterÜmumi2522029

Tarix: 04 May, 2024

“Naxçıvan” Universitetinin əməkdaşları Şahbuz rayonunda şagirdlərlə görüşüb.

On birinci sinif şagirdlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov bu cür görüşlərin şagirdlər üçün əhəmiyyətindən danışıb. Həmçinin “Naxçıvan” Universitetinin rəhbərliyinə şagirdlərlə belə görüşlərdə fəal iştirakına görə minnətdarlıq edib. Şagirdlərə ali təhsil müəssisələrində seçim edərkən diqqətli olmağı, gələcək perspektivlərlə yanaşı, öz arzularını da nəzərə almağı tövsiyə edib, onlara uğurlar arzulayıb.

“Naxçıvan” Universitetinin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu çıxış edərək bildirib ki, “Naxçıvan” Universiteti 1999-cu ildə dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil müəssisəsidir. Burada tələbələrin təhsili ilə 90-a yaxın professor-müəllim heyəti məşğuldur. Onların sırasında AMEA üzvləri, elmlər doktorları, professorlar, dosentlər var. 2021-2022-ci tədris ilində universitetdə 19 ixtisas üzrə bakalavr, 8 ixtisas üzrə magistr hazırlığı aparılması nəzərdə tutulduğunu bildirən prorektor təhsil ocağının zəngin maddi-texniki bazaya malik olduğunu deyib. Tələbələrin peşəkar kadr kimi yetişməsi üçün elektron zalların, zəngin kitab fondu olan elmi kitabxananın, idman kompleksi və konfrans zalı, hər cür şəraitə malik müasir yataqxana, həmçinin üçmərtəbəli sosial xidmət mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Universitetin dünyanın 50-dən artıq ali təhsil müəssisəsi ilə əməkdaşlıq etdiyini deyən prorektor vurğulayıb ki, bir çox beynəlxalq təhsil təşkilatının üzvü, beynəlxalq proqramların və layihələrin iştirakçısı olan təhsil müəssisəsi məzunlarına  imkanlar yaradır.

Görüşdə növbəti olaraq çıxış edən “Naxçıvan” Universitetinin “Tədris” şöbəsinin müdiri Anar Abuzərli bu ali təhsil ocağında tələbələr üçün yaradılan şərait haqqında danışıb. Əksəriyyəti gənc kadrlardan ibarət professor-müəllim heyətinin 40 nəfərinin məhz universitetin öz məzunları olduğu bildirilib. Kadrların seçiminə xüsusi diqqət edildiyini, onların mütəmadi olaraq müxtəlif xarici universitetlərdə tətbiq olunan müasir yeniliklərlə tanış olduğu vurğulanıb. Daha sonra bu yeniliklərin “Naxçıvan” Universitetində tətbiqindən danışıb. Yeni yaradılan ixtisasların əmək bazarının tələblərinə uyğunluğunu diqqətə çatdırıb.

Sonra universitet haqqında videoçarx nümayiş etdirilib, broşürlər paylanılıb. Şagirdlərin sualları cavablandırıldıqdan sonra, fəallığı ilə seçilənlərə hədiyyələr təqdim olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg