• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1212
mod_vvisit_counterDünən1474
mod_vvisit_counterBu həftə11375
mod_vvisit_counterBu ay7436
mod_vvisit_counterÜmumi2524252

Tarix: 05 May, 2024

Muxtar respublikada ilk dəfə Ebru sənəti dərnəyinin üzvləri arasında müsabiqə keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə mayın 27-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində ilk dəfə olaraq muxtar respublika məktəbdənkənar təhsil müəssisələrinin Ebru sənəti dərnəyinin üzvləri arasında “28 May-Respublika Günü”nə həsr olunmuş müsabiqə keçirilib. “Təkrarlanmayan rənglərlə milli atributlarımız” mövzusunda keçirilən müsabiqənin məqsədi istedadlı şagirdləri üzə çıxarmaq, onlarda vətənpərvərlik hisslərini formalaşdırmaq, eləcə də muxtar respublikada ebru sənətini təbliğ etmək və inkişaf etdirməkdən ibarət olub.

Tədbirdə çıxış edən Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev bildirib ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, ümumtəhsil müəssisələri ilə yanaşı məktəbdənkənar tərbiyə müəssisələrində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün zəruri şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-cu ildən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur, Culfa və Ordubad rayon məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklər yaradılıb. Yaradılan yeni innovativ dərnəklər sırasında Ebru sənəti dərnəyi də fəaliyyət göstərir ki, həmin dərnək də zəruri avadanlıqlarla təchiz edilib.

Vurğulanıb ki, uşaqlarda səbr və özünü dinləyəbilmə bacarığı, özünü yenidən kəşfetmə və özünə inam, diqqət dağınıqlığını bərpa etmə kimi yüksək keyfiyyətləri özündə birləşdirən ebru sənəti incəsənətin ən maraqlı, əsrarəngiz və heyrətamiz sahələrindən biridir.

Müsabiqədə Ebru sənəti dərnəyinin üzvləri milli atributlarımıza aid düşüncələrini əvvəlcə suyun üzərində rəngbərəng naxışlarla, rəsmlərlə çəkib, sonra isə kağızı suyun üzərinə qoymaqla rəsmləri olduğu kimi kağızın üzərinə köçürüblər.

Sonra dərnək üzvlərinin su üzərində çəkdikləri maraqlı əl işləri müsabiqənin şərtləri gözlənilməklə münsiflər heyəti tərəfindən qiymətləndirilib. Beləliklə, müsabiqənin nəticələrinə görə 1-I yer, 2-II yer,        3-III yer müəyyən olunub.

Sonda yer tutan və müsabiqədə fəal iştirak edən dərnək üzvlərinə Təhsil Nazirliyinin diplomları təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg