Babək rayon ümumtəhsil müəssisələrində şagirdlərdə oxu vərdişlərini formalaşdırmaq, asudə vaxtlarından səmərəli istifadə etmək və vətənpərvərllik hislərini aşılamq, tarixi biliklərini möhkəmləndirmək məqsədi ilə bir sıra tədbirlər keçirilimişdir.
Gülşənəbad ümumi orta məktəbində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib. Yarışda şagirdlər şairin həyat və yaradıcılığına, poemalarina aid sualları cavablandırıblar. Ən çox düzgün cavab verən şagirdlər məktəb rəhbərliyi tərəfindən diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Eyni zamanda Zeynəddin, Uzunoba, Xəlilli kənd tam orta məktəblərində 28 may respublika gününə həsr olunmuş tədbirlər keçirilib. Təbirlərdə tarix müəllimləri tərəfindən bu günün əhəmiyyəti və tarixi haqqında ətraflı məlumat verilib. Şagirdlər tərəfindən şeirlər səsləndirilmiş, kompozisiyalar nümayiş olunmuşdur.
Babək Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşəbbüsü ilə "Nizami Gəncəvi-880" adlı bilik yarışması keçirilib. 25 məktəblinin iştirakı ilə keçirilən yarışmada ən çox doğru cavab verən Nehrəm qəsəbə 1 nömrəli məktəbin komandası 1-ci, Babək şəhər 2 nömrəli məktəbin komandası 2-ci, Babək şəhər 1 nömrəli məktəbin komandası isə 3-cü yerə layiq görülüb.
Babək Rayon İcra Hakimiyyəti, Babək Rayon Mədəniyyət Şöbəsi və Təhsil Şöbələrinin birgə təşəbbüsü ilə Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub. Tədbirdə şairin həyat və yaradıcılığı haqda ətraflı məlumat verildikdən sonra Mədəniyyət Şöbəsinin əməkdaşları və məktəblilərin birgə hazırladığı kompozisiya nümayiş olunub.