• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1092
mod_vvisit_counterDünən756
mod_vvisit_counterBu həftə15579
mod_vvisit_counterBu ay20583
mod_vvisit_counterÜmumi2961394

Tarix: 12 Yan., 2025

Sədərək Rayon ümumtəhsil məktəblərində “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar olaraq müxtəlif tədbirlər keçirilib

Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək kənd 2 nömrəli tam orta məktəbində “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Sədərək rayon ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və  ümumtəhsil məktəblərinin  şagirdləri iştirak edib. Tədbirdə çıxış edən Sədərək Rayon Təhsil Şöbəsinin Metodisti Yalçın Əliyev  diqqətə çatdırıb ki, dünyanın əksər ölkələrində hər il iyun ayının 1-i “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur.

Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərliyinin bütün dövrlərində uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət yetirmişdir. “Biz uşaqlarımızı yaxşı tərbiyə etməli, yaxşı şəraitdə yaşatmalı, onları gələcək üçün hazırlamalıyıq”,-deyən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılmış, zəngin qanunvericilik bazası yaradılmışdır.

Naxçıvan Muxtar Respublikasında da uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə, mühüm tədbirlər həyata keçirilir deyə vurğlamışdır.

Daha sonra ümumtəhsil məktəblərin müəllimlərinin  çıxışları dinlənilmiş  və şagirdləri maraqlandıran sualar cavablandırılmışdır.

Tədbirin sonununda şagirdlər “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar olaraq şeirlər qiraət ediblər.

Həmçinin  Sədərək Rayon Təhsil Şöbəsinin, İdman idarəsinin və Uşaq Gənclər İdman məktəbinin  birgə təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbin futbol meydançasında açıq havada “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar olaraq qızlardan ibarət voleybol klubları arasında Sədərək rayon birinciliyi keçirilib.

Maraqlı və bir o qədər də gərgin keçən görüşdən qalib olaraq Sədərək Rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbin voleybol idman klubu ayrılıb.

Sonda qalib komanda  təşkilatçılar tərəfindən diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

Eyni zamanda  Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində isə  İcra Hakimiyyətinin və  Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar olaraq ümumtəhsil məktəblərinin  Sağlamlıq İmkanları Məhdud şagirdləri arasında rəsm müsabiqəsi keçirilib.

Keçirilən rəsm müsabiqəsində İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin   əməkdaşları və ümumtəhsil məktəblərinin 16 sağlamlıq imkanları məhdud şagirdi iştirak edib.


Müsabiqənin  sonunda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib. Beləki  I yerə Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi İlknur Məmmədli, II yerə Sədərək kənd 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi Tural Dünyamalıyev  və III yerə isə Heydərabad qəsəbə tam orta məktəbin VII sinif şagirdi Kənan Bayramlı  layiq görülmüşlər.

Qaliblərə təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.

Günün ikinci yarısında Qaraağac kənd tam orta  məktəbində “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar olaraq tədbir keçirilib.

Daha sonra şagirdlərlə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar olaraq video slayt izlənilib.

Dəmirçi kənd tam orta məktəbində isə şagirdlərin əl işlərindən ibarət sərgi keçirilib.

Keçirilən sərgidə Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləridə iştirak edib.

Qeyd edək ki, sərgidə məktəbin şagirdlərinin 30-a yaxın müxtəlif əl işləri nümayiş etdirilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg