Ümummilli lider Heydər Əliyev irsinin şagirdlərə öyrədilməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin qrafikinə uyğun olaraq Heydər Əliyev Muzeyində 3 iyun 2021-ci il tarixdə növbəti açıq dərs keçirilib.
Açıq dərsdə Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin 15 şagirdi iştirak edib.
Muzeyin əməkdaşı Quluzadə Gülnar “Qurtuluş” mövzusunda keçdiyi açıq dərsdə ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti haqqında şagirdlərə məlumat verərək bildirib ki, ulu öndər Heydər Əliyev böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz liderdir. O, bütün həyatı boyunca vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni əsirgəməyib.
Dərsin sonunda şagirdləri maraqlandıran suallar muzeyin əməkdaşı tərəfindən cavablandırılıb və muzeydə nümayiş olunan ümummilli liderimizin fəaliyyəti dövründə həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, fotolar və müxtəlif eksponantlar haqqında geniş məlumat verilib.